Həndbol Federasiyası “ABU Arena”dan çıxarılıb

12.08.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Azərbaycan Həndbol Federasiyasın uzun illərdir maddi-texniki bazası olan “Abu Arena”dan çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bundan sonra binanın özəl əsaslarla fəaliyyət göstərməsi nəzərdə tutulur. Arena ərazisinin tennis kortuna çevrilməsi məsələsi də gündəmdədir.

Belə ki, binanın boşaldılması ilə bağlı Azərbaycan Həndbol Federasiyasına xəbərdarlıq edilib və bundan sonra qurum oranı tərk edib.

Məlumat üçün bildirək ki, Federasiya illərlə bu binadan icarə əsasında istifadə edib. Belə ki, 2004-cü ildə istifadəyə verilən arena uzun illər ərzində həndbol yarışlarının, məşqlərin və müxtəlif yaş qrupları üzrə turnirlərin keçirildiyi əsas məkanlardan biri olub. Bu səbəbdən sözügedən qərar Azərbaycan Həndbol Federasiyasının ciddi narazılığına səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью