Həndbol Federasiyası “ABU Arena”dan çıxarılıb
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Azərbaycan Həndbol Federasiyasın uzun illərdir maddi-texniki bazası olan “Abu Arena”dan çıxarılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bundan sonra binanın özəl əsaslarla fəaliyyət göstərməsi nəzərdə tutulur. Arena ərazisinin tennis kortuna çevrilməsi məsələsi də gündəmdədir.
Belə ki, binanın boşaldılması ilə bağlı Azərbaycan Həndbol Federasiyasına xəbərdarlıq edilib və bundan sonra qurum oranı tərk edib.
Məlumat üçün bildirək ki, Federasiya illərlə bu binadan icarə əsasında istifadə edib. Belə ki, 2004-cü ildə istifadəyə verilən arena uzun illər ərzində həndbol yarışlarının, məşqlərin və müxtəlif yaş qrupları üzrə turnirlərin keçirildiyi əsas məkanlardan biri olub. Bu səbəbdən sözügedən qərar Azərbaycan Həndbol Federasiyasının ciddi narazılığına səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 12 Avqust 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















