“Hər 36 uşaqdan biri autizmlidir”

07.10.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

“Hazırda isə hər 36 uşaqdan biri autizm spektr pozuntusu (ASP) ilə diaqnoz alır”.

Redaktor.az xəbər verir ki, bu fikirləri “Azərsun Holdinq”in Azərbaycanda ilk inklüziv kafe olan “Kaşalata” kafe ilə əməkdaşlıq çərçivəsində media nümayəndələri üçün maarifləndirici təlimdə kliniki psixoloq Milana Həsənova bildirdi.

Onun sözlərinə görə, bu rəqəm illər keçdikcə artmaqdadır:

“Bu statistika Amerika Birləşmiş Ştatlarının Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) açıqladığı rəsmi məlumatlara əsaslanır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə hələ də hər 100 uşaqdan birinin autizmli olduğunu qəbul edir.

Bununla belə, mən deyə bilərəm ki, hər 36 uşaqdan biri statistikası bu gün üçün daha real görünür. Çünki diaqnostik qiymətləndirmələr daha dəqiq aparılır, valideynlər və mütəxəssislər arasında məlumatlılıq artıb. Məhz bu səbəbdən diaqnoz alanların sayı da artıb, və bu, təbii haldır”.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью