“Hər 36 uşaqdan biri autizmlidir”
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
“Hazırda isə hər 36 uşaqdan biri autizm spektr pozuntusu (ASP) ilə diaqnoz alır”.
Redaktor.az xəbər verir ki, bu fikirləri “Azərsun Holdinq”in Azərbaycanda ilk inklüziv kafe olan “Kaşalata” kafe ilə əməkdaşlıq çərçivəsində media nümayəndələri üçün maarifləndirici təlimdə kliniki psixoloq Milana Həsənova bildirdi.
Onun sözlərinə görə, bu rəqəm illər keçdikcə artmaqdadır:
“Bu statistika Amerika Birləşmiş Ştatlarının Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) açıqladığı rəsmi məlumatlara əsaslanır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə hələ də hər 100 uşaqdan birinin autizmli olduğunu qəbul edir.
Bununla belə, mən deyə bilərəm ki, hər 36 uşaqdan biri statistikası bu gün üçün daha real görünür. Çünki diaqnostik qiymətləndirmələr daha dəqiq aparılır, valideynlər və mütəxəssislər arasında məlumatlılıq artıb. Məhz bu səbəbdən diaqnoz alanların sayı da artıb, və bu, təbii haldır”.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 Oktyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















