Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son dövrlərdə Bakı və digər böyük şəhərlərdə kirayə bazarında qiymət artımı müşahidə olunur.
Rəsmi statistika və daşınmaz əmlak ekspertlərinin məlumatına görə, tələbin yüksək olması, tikinti xərclərinin artması və əhalinin mərkəzə köçü kirayə qiymətlərinə təsir göstərir.Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, urbanizasiya artıq təkcə demoqrafik deyil, eyni zamanda ciddi sosial problem kimi qiymətləndirilə bilər:“Kənd və rayon əhalisinin böyük şəhərlərə kütləvi axını bunun əsas göstəricilərindəndir.
Bu prosesin nəticəsində regionlarda iş yerlərinin sayı azalır, şəhərlərdə isə, xüsusilə paytaxt Bakı şəhərində əhali sıxlığı sürətlə artır.
Əhalinin kompakt yerləşməsi və yaşayış üçün kirayə evlərə tələbatın artması ciddi problemlər yaradır.
Bu sahədə hələlik sistemli və effektiv tədbirlər planı həyata keçirilmir.
Orta hesabla əhalinin 18–19 faizi Bakı və digər böyük şəhərlərdə kirayə mənzillərdə yaşayır.
Bu isə qiymət artımı, yaşayış şəraitinin standartlara uyğun olmaması kimi problemlərlə müşayiət olunur.