Icma.az
close
up
RU
Hər 5 nəfərdən biri bu vəziyyətdədir Bahalaşma olacaq

Hər 5 nəfərdən biri bu vəziyyətdədir Bahalaşma olacaq

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son dövrlərdə Bakı və digər böyük şəhərlərdə kirayə bazarında qiymət artımı müşahidə olunur. Rəsmi statistika və daşınmaz əmlak ekspertlərinin məlumatına görə, tələbin yüksək olması, tikinti xərclərinin artması və əhalinin mərkəzə köçü kirayə qiymətlərinə təsir göstərir.
Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, urbanizasiya artıq təkcə demoqrafik deyil, eyni zamanda ciddi sosial problem kimi qiymətləndirilə bilər:
“Kənd və rayon əhalisinin böyük şəhərlərə kütləvi axını bunun əsas göstəricilərindəndir. Bu prosesin nəticəsində regionlarda iş yerlərinin sayı azalır, şəhərlərdə isə, xüsusilə paytaxt Bakı şəhərində əhali sıxlığı sürətlə artır. Əhalinin kompakt yerləşməsi və yaşayış üçün kirayə evlərə tələbatın artması ciddi problemlər yaradır. Bu sahədə hələlik sistemli və effektiv tədbirlər planı həyata keçirilmir. Orta hesabla əhalinin 18–19 faizi Bakı və digər böyük şəhərlərdə kirayə mənzillərdə yaşayır. Bu isə qiymət artımı, yaşayış şəraitinin standartlara uyğun olmaması kimi problemlərlə müşayiət olunur. Xüsusilə qış mövsümündə regionlardan böyük şəhərlərə müvəqqəti miqrasiya daha da artır. Bunun əsas səbəbi kənd və qəsəbələrdə iş yerlərinin olmaması, kənd təsərrüfatının zəif inkişafı və iqtisadi fəallığın aşağı səviyyədə qalmasıdır”. 
O deyib ki, insanlar dolanışıq məqsədilə müvəqqəti olaraq Bakı və digər iri şəhərlərə üz tuturlar:
“Bu da urbanizasiya problemini daha da dərinləşdirir. Ona görə də bu ildən bəzi ərazilərdə pilot layihələrin həyata keçirilməsi gözlənilir. Hazırda kirayə mənzil bazarında ciddi qıtlıq müşahidə olunur. Məhz bu qıtlıq fonunda pilot layihələr icra edildikdə, birdən-birə böyük sayda ehtiyacı olan şəxslər bazara daxil olur. Təkliflərin tamamilə az olmamasına baxmayaraq, mövcud qiymətlər bazarın real imkanlarına və əhalinin alıcılıq qabiliyyətinə uyğun deyil. Bu isə kirayə bazarında gərginliyi daha da artırır”.
Leyla Turan 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Yanvar 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri