Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Qan Turalı yazır...
Mövcud dünya siyasi sistemi İkinci Dünya Müharibəsindən sonra formalaşmış olan bir sistemdir.
Misal üçün, NATO 1949-cu, BMT isə 1945-ci ildə yaradılmışdır.
Eləcə də bu gün dünya siyasətini təyin edən bir çox prinsip və yanaşma da məhz ötən əsrin 40-50-ci illərindən pərvəriş tapıb.
Ancaq müasir dövrdə bu sistem süquta üz qoyur. Bu süqutun əlamətlərindən biri də Almaniyanın yenidən silahlanmasıdır.
Almaniyanın silahlanma ya da silahsızlaşdırma ilə bağlı keçmişi çox maraqlıdır.
Və bu məsələ nəinki Almaniyanın və Avropanın ümumiyyətlə dünyanın taleyinə mühüm təsir göstərib.
Belə ki, Birinci Dünya Müharibəsindən sonra Versal Sülh Konfransının şərtlərindən biri də Almaniyanın silahsızlaşdırılması idi.