Icma.az
close
up
RU
Hər altı almandan ancaq biri vətənin müdafiəsinə hazırdır...

Hər altı almandan ancaq biri vətənin müdafiəsinə hazırdır...

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qan Turalı yazır...

Mövcud dünya siyasi sistemi İkinci Dünya Müharibəsindən sonra formalaşmış olan bir sistemdir. Misal üçün, NATO 1949-cu, BMT isə 1945-ci ildə yaradılmışdır. Eləcə də bu gün dünya siyasətini təyin edən bir çox prinsip və yanaşma da məhz ötən əsrin 40-50-ci illərindən pərvəriş tapıb. Ancaq müasir dövrdə bu sistem süquta üz qoyur. Bu süqutun əlamətlərindən biri də Almaniyanın yenidən silahlanmasıdır.

Almaniyanın silahlanma ya da silahsızlaşdırma ilə bağlı keçmişi çox maraqlıdır. Və bu məsələ nəinki Almaniyanın və Avropanın ümumiyyətlə dünyanın taleyinə mühüm təsir göstərib. Belə ki, Birinci Dünya Müharibəsindən sonra Versal Sülh Konfransının şərtlərindən biri də Almaniyanın silahsızlaşdırılması idi. Lakin Hitler hakimiyyətə gəldikdən sonra müqaviləyə əməl etməyərək kütləvi şəkildə silahlanmağa başladı. Bununla da bəşər tarixinin ən qanlı müharibəsi baş verdi. Bütün Avropanı eləcə də digər qitələri qana bulayan bu müharibədə on milyonlarla adam öldü. O cümlədən, 300 min azərbaycanlı.

İkinci Dünya müharibəsində SSRİ, ABŞ və İngiltərənin daxil olduğu koalisiya tərəfindən darmadağın edilən Almaniya yenidən silahsızlaşdırıldı. Almaniya dörd işğal bölgəsinə bölünmüşdü. Onun ərazisində Almaniya Federativ Respublikası (AFR) və Almaniya Demokratik Respublikası (ADR) adlı iki dövlət quruldu. Bu dövlətlər 1990-cı ilə qədər ayrılıqda mövcud olmuşdu. Və əlbəttə ki, hər iki ölkə xüsusilə də Qərbi Almaniya əhəmiyyətli dərəcədə silahsızlaşdırılmışdı. Hazırda, ABŞ, İngiltərə, Fransa, Rusiya və hətta Pakistanın nüvə silahı var, ancaq Almaniyanın yoxdur.

Müharibə ilə nicat axtarmağın düzgün olmadığını acı şəkildə başa düşən Almaniya ABŞ-nin Marşal planı nəticəsində güclü iqtisadi inkişaf yoluna qədəm qoydu və tezliklə Avropa qitəsinin iqtisadi baxımdan ən qüdrətli dövləti ünvanına yiyələndi. Almaniyanın hərbi baxımdan isə ABŞ-nin təhlükəsizlik çətirində idi. AFR 1955-ci ildə NATO-ya qatılsa da, onun qarşısında silahlanma ilə bağlı maneələr davam edirdi. Hələ də bu çətir davam edir, ancaq çətirdən su dammağa başlayıb. Hazırda, Almaniyada 50 min ABŞ əsgəri var. Bu əsgərlər 122 hərbi bazada yerləşdirilib. Başqa cür desək, ABŞ olmadan Almaniyanın müdafiə imkanları son dərəcə məhduddur.

Rusiyanın Krımı ilhaq etməsi ilə Almaniya üçün həyəcan təbili çalınmağa başladı. Ardınca, Ukrayna müharibəsi... Son aylarda isə Trampın bəyanatları... Almaniya özünü yalqız hiss edir. Və buna görə də silahlanmaya böyük diqqət ayırmağa başlayıb.

Ortaya bir sual çıxır. Rusiya Avropaya hücum etsə Avropanı kim qoruyacaq? Bu sual heç şübhəsiz ki, ən çox Almaniyanı düşündürür. Axı, bu ölkə Rusiyanın, SSRİ-nin gücünü öz dərisində ən çox hiss etmiş ölkədir. (Yeri gəlmişkən, bu kontekstdə SSRİ-ni günahlandırmaq da əbəsdir)

Almaniya üçün narahatlıq doğrudan digər bir məsələ isə ifrat sağmeylliyi AFD-nin tarixində ən böyük səs almasıdır. AFD-nin güclənməsi Almaniyanın da hərbi baxımdan güclənməsi ilə eyni dövrə düşür. Əlbəttə ki, burada bir qanunauyğunluq var, təhlükəsizlik məsələsi alman xalqını ifrat sağ partiyalara doğru meyilləndirir.

Almaniyanın hələ vəzifəsinin icrasına başlamamış yeni kansleri Merz 500 milyard avroluq büdcəni təsdiq edib. Bu, Almaniya üçün son dərəcə böyük bir büdcədir. Belə ki, Almaniyanın ərazisi ABŞ-dən 27 dəfə kiçikdir. Üstəlik, ABŞ-nin dünyanın 80-dən artıq ölkəsində hərbi bazası var. Ötən il üçün, ABŞ hərbi büdcəsi 886 milyard dollar idi. Bu da Almaniyanın ayırdığı büdcənin nə qədər böyük olduğunu göstərir. Yaxın illərə qədər isə Almaniya hərbi xərclər üçün 50 milyard avro pul xərcləyirdi.

Rusiyanın hərbi büdcəsi bu il 175 milyard dollar olsa da cəmi bir neçə il əvvəl onun hərbi xərcləri 60 milyarddan bir az çox idi. Başqa sözlə desək, Almaniya müharibə aparan ölkədən üç dəfə çox hərbi büdcə nəzərdə tutmuşdu.

Başqa bir məqam isə səfərbərlik məsələsidir. 2011-ci ildə Almaniyada məcburi hərbi xidmət ləğv edilmişdi. Ötən il aparılan bir sorğuda isə gənclərə bir sual ünvanlanmışdı: "Almaniyaya təhlükə olsa orduya qatılarsınızmı?" Bu suala rəyi soruşulanlardan altıda biri (17 faizi) müsbət cavab vermişdi. İndi isə Almaniya məcburi hərbi xidməti yenidən bərpa etmək istəyir.

Ancaq hərbi ekspertlər pulun nə qədər böyük əhəmiyyəti olsa belə həlledici olmadığını düşünürlər. Belə ki, uzun illər boyunca silahsızlaşma ordu personalının keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarıb. Bir aya böyük miqdarda silah tədarük görmək mümkün olsa da bu müddətə keyfiyyətli, peşəkar, təcrübəli zabit yetişdirmək qeyri-mümkündür.

Bütün hallarda Almaniyanın silahlanması müasir dövrün ən maraqlı proseslərindən biridir. Ancaq bu prosesin nə qədər davam edəcəyi sual altındadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Aprel 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri