Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır. Azərbaycanda ünvanlı dövlət sosial yardımı sistemi aztəminatlı ailələrin rifahının
Amma irəli sürülən iddialara görə, ünvanlı yardım sistemi praktikada heç də bütün aztəminatlı ailələri əhatə edə bilmir.
Burada əsas problemlə qeyri-rəsmi şəkildə gəlir əldə edənlərin üzləşdiyi iddia olunur.
Məsələn, bir nümunəyə görə, kirayədə yaşayan üç nəfərlik ailədə ata qeyri-rəsmi işləyir, onun gəliri heç bir sənəddə əks olunmur.
Ana isə körpə uşaqla evdə qalmağa məcburdur. Ailənin adambaşına düşən gəlirinin minimum tələbdən az olmasına baxmayaraq ailə sosial yardım a
Bunun səbəbi gəlirə dair rəsmi sənədin olmamasıdır. Bu hal Azərbaycanda çoxlu sayda ailənin qarşılaşdığı ümumi problemdir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Lalə Mehralı bildirdi ki, sosial yardım məsələsində müəyyən çatışmazlıqlar mövcuddur.
Onun sözlərinə görə, sistemin tətbiqində təkmilləşdirmələrə ehtiyac var: “Əgər ailə üzvlərindən biri rəsmi iş yerinə malik deyilsə, bu, çox zaman yardım almağa əngəl yaradır.