Hər bir azərbaycanlının ürəyində Heydər Əliyev heykəli var ŞƏRH EDİLDİ | Icma.az
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində əvəzsiz rola malikdir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.O bildirib ki, Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub: "Bu dövrdə çox büyük tarixi işlər görüb, yeni rayon, şəhərlər salıb, Azərbaycan inkişaf etmiş sənaye respublikasına çevrilib.
Məhz bu, Heydər Əliyevin o dövrdəki fəaliyyəti ilə bağlıdır.
Heydər Əliyevin apardığı işləri görən SSRİ rəhbərliyi onu irəli çəkərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edib.
1982-ci ildə onu siyasi büroya apardılar, həmin büronun sədri seçildi. Orada da SSRİ-nin taleyüklü məsələlərində iştirak etdi.
Nəqliyyat, sənaye sahələri də Heydər Əliyevin xülasəsində oldu. Ancaq sonradan SSRİ rəhbərliyində dəyişiklik oldu.
Mixail Qorbaçov hakimiyyətə gəldi. Heydər Əliyevin nüfuzundan, işgüzarlığından qısqanaraq ona qarşı qarayaxma kampaniyaları təşkil etdirdi.
Tam oxu
Xəbəri oxu