Icma.az
close
up
RU
Hər bir azərbaycanlının ürəyində Heydər Əliyev heykəli var ŞƏRH EDİLDİ

Hər bir azərbaycanlının ürəyində Heydər Əliyev heykəli var ŞƏRH EDİLDİ

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində əvəzsiz rola malikdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.O bildirib ki, Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub: "Bu dövrdə çox büyük tarixi işlər görüb, yeni rayon, şəhərlər salıb, Azərbaycan inkişaf etmiş sənaye respublikasına çevrilib. Məhz bu, Heydər Əliyevin o dövrdəki fəaliyyəti ilə bağlıdır. Heydər Əliyevin apardığı işləri görən SSRİ rəhbərliyi onu irəli çəkərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edib. 1982-ci ildə onu siyasi büroya apardılar, həmin büronun sədri seçildi. Orada da SSRİ-nin taleyüklü məsələlərində iştirak etdi. Nəqliyyat, sənaye sahələri də Heydər Əliyevin xülasəsində oldu. Ancaq sonradan SSRİ rəhbərliyində dəyişiklik oldu. Mixail Qorbaçov hakimiyyətə gəldi. Heydər Əliyevin nüfuzundan, işgüzarlığından qısqanaraq ona qarşı qarayaxma kampaniyaları təşkil etdirdi. Onların bu yarıtmaz siyasətinə etiraz olaraq 1987-ci ilin oktyabrında istefa verdi.Heydər Əliyev sonra Moskvada yaşadı. 1990-cı ilin yanvar hadisələri törədiləndən sonra Moskvada Azərbaycan nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinə qarşı sərt bəyanatla çıxış etdi. Azərbaycan xalqına qanlı qətliam törətmiş adamların ciddi cəzalanmasını tələb etdi. Dağlıq Qarabağdakı proseslərə SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz olaraq 1991-ci ilin iyununda da Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sıralarını tərk etdi. 1990-cı ildə Bakıya qayıdıb. Burada da o zamankı hakimiyyət onu dinc qoymadı, doğma Naxçıvana getdi. Qısa müddətdə xalqın böyük dəstəyi ilə Azərbaycan SSRİ Ali Sovetinə deputat seçildi, həm də Naxçıvan Muxtar Ali Sovetinin deputatı oldu. Eyni zamanda 1991-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri seçildi. O zamankı qanunvericiliyə görə Azərbaycan Respublikası Ali Sovetinin sədrinin müavini seçildi. Heydər Əliyev Azərbaycanda gedən prosesləri də izləyirdi. Bilirdi ki, belə qarışıq dövrdə Azərbaycana inkişaf üçün yeni siyasi fəaliyyət növü lazımdır. Onun rəhbərliyi ilə 1992-ci ilin noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası seçildi. Heydər Əliyev də həmin partiyanın sədri seçildi. YAP təkcə Naxçıvanda yox, Respublikanın hər yerində böyük işlər apardı. 1992-ci ildə Müsavat rəhbərliyi dövləti idarə edə bilmirdi. Həm cəbhədə vəziyyət gərgin idi, həm də xalq pis vəziyyətdə yaşayırdı. Buna səbəb də Gəncə qiyamı baş verdi. Belə ağır dövrdə o zamankı Azərbaycan rəhbərliyi Heydər Əliyevə xahiş etdilər ki, gəlib bu məsələlərə rəhbərlik etsin. Xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü ildə Ali Sovetin sədri seçildi. İsa Qəmbər iştefa verdi. Artıq Azərbaycan Prezidenti Əbülfəz Elçibəy də qaçmışdı. Ona görə də iyunun 24-də Heydər Əliyev Prezident səlahiyyətlərini icra etməyə başladı. 1993-cü ilin Prezident seçkilərində də böyük səs çoxluğu ilə qələbə qazandı. Hakimiyyətinin ikinci ili ərəfəsində də Heydər Əliyev tarixi işlər gördü. Cəbhədə atəşkəsə nail oldu. Azərbaycanı bu bəladan qurtarmaq üçün ən böyük iqtisadi layihə olan "Əsrin müqaviləsi"ni bağladı. Azərbaycan iqtisadiyyatını inkişaf etdirdi, eyni zamanda Azərbaycanda milli ordunun yaradılmasında böyük səy göstərdi. Neft kapitalından əldə olunan gəlirləri insan kapitalına çevirdi. Eyni zamanda ordunu gücləndirdi. 2003-cü ildə Prezident seçkilərinə namizədliyini verdi. Səhhəti ilə əlaqədar namizədliyini geri götürdü, İlham Əliyevi irəli sürdü. Vəsiyyət edərək xalqa bildirdi ki, Azərbaycanın gələcəyi İlham Əliyevlə bağlıdır: "Çünki mənim həyata keçirə bilmədiyim məsələləri İlham Əliyev həyata keçirəcək". Qədirbilən Azərbaycan xalqı da onun dediklərinə böyük dəstək oldu. Xalq İlham Əliyevi Prezident seçdi. Həmin vaxt xəstə olan Heydər Əliyev 12 dekabr tarixində dünyasını dəyişdi. Dekabrın 15-də dəfn edildi"."Ümummilli Liderin Azərbaycanda fəaliyyəti böyükdür. Bu gün torpaqlarımızın erməni tapdağından azad edilməsi Heydər Əliyevin qoyduğu siyasi xəttin nəticəsidir. Heydər Əliyevin yaratdığı iqtisadi inkişafın nəticəsidir. Ona görə də, xalqımız həmişə onu ehtiramla anır. Hər bir azərbaycanlının ürəyində Heydər Əliyev heykəli var. Xalq var olduqca da Heydər Əliyev var olacaq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Dekabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri