Hər bitki faydalı deyil: Hamiləlikdə çay içərkən diqqət

16.09.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bitki çaylarının təhlükəsiz olduğunu düşünmək düzgün deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, bitki çaylarının tərkibində bioaktiv maddələr olduğundan onların hamilə qadınlar üçün avtomatik olaraq təhlükəsiz olduğunu düşünmək düzgün deyil.

“Bitki çayları haqqında bir məlumat verim. Bitki çayları bitkidir, təhlükəsizdir deyə elə bir anlayış ola bilməz. Çünki bitki olsa belə, bitkilərin də tərkibində bioaktiv maddələr var və bunların özünün də hamilələr üçün əks göstəriş olan növləri var”, - deyə mama-ginekoloq bildirib.

Mama-ginekoloq deyib ki, hamilə qadın həkimlə məsləhətləşmədən hər hansı bitkidən istifadə etməməlidir.

“Buna görə də hamiləyə həkim tövsiyəsi olmadan, həkimlə məsləhətləşmədən hansısa bitkidən istifadə etmək məsləhət görülmür”, - deyə Ruidə İsayeva əlavə edib.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью