Hər bitki faydalı deyil: Hamiləlikdə çay içərkən diqqət
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Bitki çaylarının təhlükəsiz olduğunu düşünmək düzgün deyil”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, bitki çaylarının tərkibində bioaktiv maddələr olduğundan onların hamilə qadınlar üçün avtomatik olaraq təhlükəsiz olduğunu düşünmək düzgün deyil.
“Bitki çayları haqqında bir məlumat verim. Bitki çayları bitkidir, təhlükəsizdir deyə elə bir anlayış ola bilməz. Çünki bitki olsa belə, bitkilərin də tərkibində bioaktiv maddələr var və bunların özünün də hamilələr üçün əks göstəriş olan növləri var”, - deyə mama-ginekoloq bildirib.
Mama-ginekoloq deyib ki, hamilə qadın həkimlə məsləhətləşmədən hər hansı bitkidən istifadə etməməlidir.
“Buna görə də hamiləyə həkim tövsiyəsi olmadan, həkimlə məsləhətləşmədən hansısa bitkidən istifadə etmək məsləhət görülmür”, - deyə Ruidə İsayeva əlavə edib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 16 Sentyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















