Hər dişləmə ölümə yaxınlaşdırır: Ağzına belə toxunma!

17.07.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər gün “praktik” deyə istehlak etdiyimiz qəlyanaltılar, düşündüyünüzdən daha təhlükəli ola bilər. Mütəxəssislər xəbərdarlıq edir: Ultra işlənmiş qidaların istehlakı cəmi 10% artdıqda belə erkən ölüm riski 3% artır.

News24.az xəbər verir ki, Braziliyada São Paulo Universitetinin rəhbərliyi ilə aparılan və 240 mindən çox insanı əhatə edən genişmiqyaslı araşdırma bu nəticəni ortaya qoyub. Xüsusilə 30-69 yaş aralığında risk daha yüksəkdir. Prof. Carlos Augusto Monteiro-nun hazırladığı NOVA təsnifatına görə, bu məhsullar demək olar ki, heç “gerçək qida” içərmir – əsasən kimyəvi maddələr, dadlandırıcılar və sintetik qatqılarla hazırlanır.

Digər araşdırmalar da oxşar nəticələr göstərir. Ultra işlənmiş qidaların:

Anksiyete riskini %53,

Obezite riskini %55,

Tip 2 diabet riskini %40,

Yuxu pozuntusu riskini %41,

Depressiya və erkən ölüm riskini isə %20 artırdığı bildirilir.

Hətta gündə cəmi bir porsiya artım belə bu riskləri artırmağa bəs edir. ABŞ-da orta statistik insanın qəbul etdiyi kalorinin 55%-i bu tip qidalardan gəlir. Tədqiqatçılara görə, bu nisbət sıfırlansaydı, təkcə 2017-ci ildə 124 min erkən ölümün qarşısı alınardı.

Bəzi mütəxəssislər nəticələrin tam səbəb-nəticə əlaqəsi qurmadığını qeyd etsələr də, müxtəlif ölkə və mədəniyyətlərdə əldə olunan bənzər nəticələr bu məhsulların zərərsiz olmadığını göstərir.

Xeyrənsə Piriyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью