“Hər epizoda VAR da baxılacaqsa, bu hakimlər nə üçün meydana çıxır? | Icma.az
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir. Azərbaycan Premyer Liqasında mübahisəli hakim qərarları hər tur artmaqdadır.
Klubların etirazlarına baxmayaraq, demək olar, dəyişən nəsə yoxdur.
Son turda “Qəbələ” “İmişli” ilə oyundan epizod paylaşaraq, narazılığını bildirib.
AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xəqani Məmmədov hakimliklə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı… – Son turda “Neftçi”nin “Araz-Naxçıvan”la oyunda vurduğu ikinci qolda ofsayd şübhəsi var idi.
Qərarı necə dəyərləndirirsiz? – VAR-ın bərbadlığı üzündən dəqiq nəsə demək mümkün deyil. Amma məncə, epizod ofsayd idi.
Üstəlik, VAR işləmirsə, problem varsa, yan xətt hakiminin qərarı əsas sayılmalıdır. Amma belə olmadı.
Bununla yanaşı, “Araz-Naxçıvan”ın da birinci qolundan öncə qayda pozuntusu olduğunu qeyd edərdim.
– Hakimliklə bağlı problemlər nə üçün artır? – Getdikcə də artacaq. Çünki iş görülmür. Bölgələrdən hakimlər çıxmır.
Tam oxu
Xəbəri oxu