Icma.az
close
up
RU
“Hər epizoda VAR da baxılacaqsa, bu hakimlər nə üçün meydana çıxır?

“Hər epizoda VAR da baxılacaqsa, bu hakimlər nə üçün meydana çıxır?

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan Premyer Liqasında mübahisəli hakim qərarları hər tur artmaqdadır. Klubların etirazlarına baxmayaraq, demək olar, dəyişən nəsə yoxdur. Son turda “Qəbələ” “İmişli” ilə oyundan epizod paylaşaraq, narazılığını bildirib.

AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xəqani Məmmədov hakimliklə bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı…

– Son turda “Neftçi”nin “Araz-Naxçıvan”la oyunda vurduğu ikinci qolda ofsayd şübhəsi var idi. Qərarı necə dəyərləndirirsiz?
– VAR-ın bərbadlığı üzündən dəqiq nəsə demək mümkün deyil. Amma məncə, epizod ofsayd idi. Üstəlik, VAR işləmirsə, problem varsa, yan xətt hakiminin qərarı əsas sayılmalıdır. Amma belə olmadı. Bununla yanaşı, “Araz-Naxçıvan”ın da birinci qolundan öncə qayda pozuntusu olduğunu qeyd edərdim.

– Hakimliklə bağlı problemlər nə üçün artır?
– Getdikcə də artacaq. Çünki iş görülmür. Bölgələrdən hakimlər çıxmır. Eyni adlar, eyni cür idarəçilik. Hakimliyin səviyyəsi daha da aşağı düşür.

– VAR da gəldi, amma etirazlar azalmadı…
– VAR-ın varlığı da bilinmir. Üstəlik, əgər hər epizoda VAR-da baxılacaqsa, bu hakimlər nə üçün meydana çıxır? Bir oyunda 5-6 dəfə VAR-a müraciət edilir. Hakimlər öz gözlərinin qabağında baş verənlər də belə dəqiq qərar verə bilmirlər.

– Azərbaycanlı hakimlər Əliyar Ağayev, Elçin Məsiyev Çempionlar Liqası, Avropa Liqası oyunlarına mütəmadi təyinat alır. Bəs nə üçün yerli liqa oyunlarında mübahisəli epizodlar olur?
– Sədr Frank de Blekerin yeganə qatqısı hakimlərimizin avrokubok oyunlarına təyinatıdır. Ancaq bunun da səbəbi var. UEFA-da təyinat verən de Blekerin dostudur…

– Bəs gedişatı necə dəyişmək olar?
– Bölgələrdən hakim çıxmalıdır, seminarlar təşkil edilməlidir. Bleker oturub Belçikada, 2-3 aydan bir gəlir, Bakıda seminar deyir. Bu, iş deyil, iş görmək lazımdır. Çıxış yolu ancaq bundadır.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 21 Oktyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri