Hər səhər içdiyiniz çay bədənə zərər verə bilər | Icma.az
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ac qarına çay içmək mədə yanması, ürəkbulanma və mədə ağrılarına səbəb ola bilər".
Ölkə.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya qastroenteroloq Natalya Vasilyeva məlumat verib.
Mütəxəssisin sözlərinə görə, həm qara, həm də yaşıl çayda kofein və tanin adlı büzücü maddələr mövcuddur.
Bu birləşmə insanı gümrahlaşdırır və işləmək qabiliyyətini artırır, lakin eyni zamanda mədə şirəsinin ifrazını gücləndirir.
Əgər bu zaman heç nə yeyilməzsə, içilən çay mədə yanması, ürəkbulanma, ağrılar, hətta xora xəstəliyinin kəskinləşməsi kimi problemlərə yol aça bilər.
Qastroenteroloq bildirib ki, çay yeməkdən sonra və ya quru meyvə kimi yüngül qidalarla birlikdə içilsin.
Alternativ olaraq meyvə və bitki çayları seçmək olar – onlar mədə şirəsinin ifrazına mənfi təsir göstərmir.
Tam oxu
Xəbəri oxu