Hər teatrın bir İlhamı olmalı... | Icma.az
Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir. “O vaxt İncəsənət İnstitutuna iki il sənəd verdim, qəbul oluna bilmədim.
Növbəti ildə rektor, akademik Aslan Aslanov dedi ki, musiqi bacarığın var?
Mən də qarmonda ifa etməyi bacarırdım, “Lalələr” mahnısını çaldım.
Bilirdim ki, Telman Hacıyev bu mahnını Aslan Aslanovun sözlərinə bəstələyib.
İfam Aslan müəllimin xoşuna gəldi, növbəti imtahan ədəbiyyatdan yazılı idi, maraqlandı, imtahandan əla qiymət aldığımı bilən kimi dedi ki, oğul, sən bu institutun tələbəsi olacaqsan...”Əməkdar mədəniyyət işçisi, “YUĞ” Dövlət Teatrının direktor müavini İlham Hüseynov tələbəlik illərindən, incəsənət sahəsinə gəlişindən danışır.
İlham Hüseynovun fevralın 7-də 60 yaşı tamam olur. Ömrünün 40 ildən çoxunu teatr sahəsində həsr edib. “Bu sənətə hədsiz marağım var idi.
1982-ci il sentyabrın 9-da Dövlət Akademik Milli Dram Teatrına butaforçu kimi işə düzəldim, həmin gün teatrda hansısa rəsmi bir tədbir keçirilirdi, bədii hissədə Xalq artisti Əliağa Ağayev Cəfər Cabbarlının “Almaz” pyesindən bir parçanı oynamalı idi.
Pərdə bağlı olduğundan Əliağa Ağayev səhnədə çıxışdan qabaq sözləri yadına salırdı.
Tam oxu
Xəbəri oxu