Icma.az
close
up
RU
Hər teatrın bir İlhamı olmalı...

Hər teatrın bir İlhamı olmalı...

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


“O vaxt İncəsənət İnstitutuna iki il sənəd verdim, qəbul oluna bilmədim. Növbəti ildə rektor, akademik Aslan Aslanov dedi ki, musiqi bacarığın var? Mən də qarmonda ifa etməyi bacarırdım, “Lalələr” mahnısını çaldım. Bilirdim ki, Telman Hacıyev bu mahnını Aslan Aslanovun sözlərinə bəstələyib. İfam Aslan müəllimin xoşuna gəldi, növbəti imtahan ədəbiyyatdan yazılı idi, maraqlandı, imtahandan əla qiymət aldığımı bilən kimi dedi ki, oğul, sən bu institutun tələbəsi olacaqsan...”

Əməkdar mədəniyyət işçisi, “YUĞ” Dövlət Teatrının direktor müavini İlham Hüseynov tələbəlik illərindən, incəsənət sahəsinə gəlişindən danışır. İlham Hüseynovun fevralın 7-də 60 yaşı tamam olur. Ömrünün 40 ildən çoxunu teatr sahəsində həsr edib.
“Bu sənətə hədsiz marağım var idi. 1982-ci il sentyabrın 9-da Dövlət Akademik Milli Dram Teatrına butaforçu kimi işə düzəldim, həmin gün teatrda hansısa rəsmi bir tədbir keçirilirdi, bədii hissədə Xalq artisti Əliağa Ağayev Cəfər Cabbarlının “Almaz” pyesindən bir parçanı oynamalı idi. Pərdə bağlı olduğundan Əliağa Ağayev səhnədə çıxışdan qabaq sözləri yadına salırdı. Məni görən kimi “Təzə işçimizsən?” - deyə soruşdu, mən də həyəcanla cavab verdim ki, bəli. Görkəmli aktyor özünəməxsus təbəssümlə dedi ki, səhnəyə, aktyora görməmiş kimi baxmağından bildim təzəsən...”
İlham Hüseynov milli teatr sənətimizdə iz qoymuş nəhəng sənətkarları yaxından gördüyünə, onlarla həmsöhbət olduğuna görə özünü xoşbəxt sayır: “Ağasadıq Gəraybəyli, Məmmədrza Şeyxzamanov, Əliağa Ağayev, Hamlet Qurbanov, Hamlet Xanızadə, Səməndər Rzayev, Həsənağa Turabov... Belə əvəzsiz sənətkarlarla bir kollektivdə çalışmaq, hər gün onları yaxından görmək və həmsöhbət olmaq həqiqətən də böyük xoşbəxtlik idi”.

İlham Hüseynov
“YUĞ” Dövlət Teatrının ilk işçilərindən sayılan İlham Hüseynov bu kollektivə gəlişini belə xatırlayır: “1989-cu il idi, bir gün iş yoldaşım Eldar məndən haralı olduğumu soruşdu, dedim bakılıyam. Mən də təəccübləndim ki, görən nəyə görə maraqlanır. Bir az keçdi Eldar “Quruluş hissə müdiri işləyə bilərsən” - deyə soruşdu. Teatrda artıq təcrübə topladığıma görə özümə əmin idim, dedim, əlbəttə işləyə bilərəm. Eldar gətirdi məni Vaqif İbrahimoğlunun yanına və dedi ki, sizə quruluş hissə müdiri tapmışam. Onda bildim ki, Vaqif bəy Həsənağa Turabovun köməyi ilə “YUĞ” teatr studiyası yaratmağa hazırlaşır və kollektiv yığır. Həmin il oktyabrın 18-də, Vaqif İbrahimoğlunun ad günündə “YUĞ”-un ilk tamaşası təqdim olundu. Həmin axşam Şəhriyarın poeması əsasında hazırlanan “Salam” tamaşasını oynadıq. Vaqif bəy başda olmaqla kollektivin hər bir üzvünün həyəcanı, sevinci indi də kino lenti kimi gözümün qabağından keçir”.
Həmsöhbətim 35 ildən çoxdur ki, bu teatrda çalışır: “1992-ci ildə “YUĞ” dövlət teatrı statusunu aldı. 1994-cü ildə “YUĞ” Dövlət Teatrının direktor müavini vəzifəsinə təyin olundum. Vaqif İbrahimoğlu kimi savadlı rejissor, pedaqoq və insanla çalışmaq böyük məsuliyyət idi. Vaqif bəyin bu teatrla bağlı çox maraqlı planları var idi, təəssüf ki, amansız ölüm onun arzularını yarımçıq qoydu. Amma “YUĞ” onun övladı kimi yaşayır, ustadın sənətlə, teatrla bağlı istəklərini reallaşdırmağa çalışır. “YUĞ” milli teatrımızı, mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq festivallarda, tədbirlərdə layiqincə təmsil edir. Türkiyədə, Misirdə, İranda, Rusiyada, Qazaxıstanda və başqa ölkələrdə keçirilən tədbirlərdə bunun şahidi olmuşam”.
60 yaşlı yubilyarın 35 ildən artıq çalışdığı kollektivlə bağlı bir arzusu var: “İllərimi bu sənətə sərf etdiyimə görə heç zaman peşman olmamışam, çünki sevdiyim işlə məşğulam, bu gün də üzərimə düşənləri böyük bir həvəslə yerinə yetirməyə çalışıram. Sağ olsunlar ki, zəhmətimi dəyərləndirib 2014-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görüblər. Teatrımızın tamaşaçıları bilir ki, xeyli vaxtdır Azərbaycan Dövlət Kukla Teatrının binasına sığınmışıq. Bu teatrın rəhbərliyi və kollektivi bizə hər zaman mehriban münasibət bəsləsə də, gəlin razılaşaq ki, ayrıca binamız olsaydı yaradıcılıqla daha keyfiyyətli məşğul ola bilərdik. Bu dəqiqə ən böyük arzum “YUĞ”u öz yeni binasında görməkdir. Bu yaxınlarda Mədəniyyət naziri Adil Kərimli kollektivimizin görüşünə gəldi, şəraitimizlə tanış oldu. Səmimi şəraitdə keçən həmin görüşdən sonra çox inanıram ki, cənab nazir “YUĞ”un ayrıca bina ilə təmin olunması üçün konkret addımlar atacaq”.
İlham Hüseynovu 60 illik yubileyi münasibəti ilə təbrik edirik. Hər bir teatr kollektivinin belə zəhmətkeş, işini sevən, məsuliyyətli insanlara ehtiyacı var.
Etibar CƏBRAYILOĞLU
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Fevral 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see323

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see315

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see311

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see302

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see281

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see269

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see261

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see249

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see244

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see242

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see237

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see224

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see216

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see215

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see209

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see200

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see190

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see180

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see179

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri