Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İyun ayının 1-də 1-4 qruplar üçün blok imtahanının birinci mərhələsi keçirilib.
Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə yol verilib.
Məleykə Abbaszadənin rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzindən isə bildirilib ki, həmin sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək.
Bəs burada əsas məsələ sualın şagirdlərin xeyirinə həll olunmasıdırmı?
Redaktor.az-a danışan təhsil eksperti Elmin Nuri bildirdi ki, Riyaziyyat fənninə aid bir sualın yanlışlıqla test tapşırığı kimi təqdim olunması və bunun sonradan etirafı yolverilməz hadisədir.
"Doğrudur, kimlərsə düşünə bilər ki, bu da bir insanlıq halıdır, təqdim olunan yanlış sual da insan faktorundan qidalanıb, yoxlamadan keçirilib.
İnsan amilinin olduğu bir yerdə irili-xırdalı hər hansı səhvin baş verməsi da normal haldır.