Icma.az
close
up
RU
Hər yanlış suala görə abituriyentə 50 bal əlavə verilsin Ekspertdən DİM ə TƏKLİF

Hər yanlış suala görə abituriyentə 50 bal əlavə verilsin Ekspertdən DİM ə TƏKLİF

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyun ayının 1-də 1-4 qruplar üçün blok imtahanının birinci mərhələsi keçirilib. Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə yol verilib. Məleykə Abbaszadənin rəhbərlik etdiyi Dövlət İmtahan Mərkəzindən isə bildirilib ki, həmin sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək.

Bəs burada əsas məsələ sualın şagirdlərin xeyirinə həll olunmasıdırmı?

Redaktor.az-a danışan təhsil eksperti Elmin Nuri bildirdi ki, Riyaziyyat fənninə aid bir sualın yanlışlıqla test tapşırığı kimi təqdim olunması və bunun sonradan etirafı yolverilməz hadisədir.

"Doğrudur, kimlərsə düşünə bilər ki, bu da bir insanlıq halıdır, təqdim olunan yanlış sual da insan faktorundan qidalanıb, yoxlamadan keçirilib. İnsan amilinin olduğu bir yerdə irili-xırdalı hər hansı səhvin baş verməsi da normal haldır. Ümumilikdə bu düşüncə ilə razılaşırıq, amma gəlin baxaq, burada söhbət on minlərlə abituriyentdən və onların sayından ən azı 2 dəfə çox olan valideyn və müəllim kəsimindən gedir".

Ekspert bildirdi ki, pərdəarxası bəzi incə məqamları təhlil etməliyik.

"Birincisi, bilirik ki, abituriyent kəsimi çox həssas olur və bu həssaslıq imtahan prosesi zamanı daha çox üzə çıxır. Yanlış təqdim olunan sual nümunəsi imtahan zamanı abituriyentdə nəticəsizlik, sonuca vara bilməmək mesajını ötürür və o psixoloji dayanıqlığına ağır zərbə vurur. İkincisi, bu mərhələdən başlayaraq artıq onda fokuslanmanın pozulması halları başlayır və bu getdikcə diqqətin paylanmasını, pozulmasını sürətləndirir. Belə olan halda isə abituriyent ona təqdim olunan məhdud zaman çərçivəsində məntiqi ipin ucu itirərək böyük bir xaosun içinə düşmüş olur. Nəticədə isə arzuolunmaz sonluq, zəif bal göstəricisi ilə qane olur. 
Ən nəhayət, imtahan prosesində zamanın nə dərəcədə önəmli olmasından, hər saniyənin belə qızıla bərabər olmasından danışmaq əbəsdir".

Elmin Nurinin sözlərinə görə, bir sualın yanlışlığı digər suallarla bağlı ayrılan vaxt bölgüsünə çox ciddi təsir edir.

"Nəticədə zaman daraldıqca gərginliyi artan abituriyent sonlara yaxın tələsdiyindən daha ciddi səhvlərə yol verir. Odur ki, “cəmi bir sualda yanlışlıq var” deyib durmayaq. Bir sualın yanlışlığı həm bu, həm də digər səbəblərdən çox ciddi nöqsanlara gətirib çıxarır. Yalnız bir sualın abituriyentin xeyrinə həll olunması sırf yuxarıda dediyim səbəblərdən hər şeyin düzəlməsi anlamına gəlmir. Çünki dolayısı yolla, həmin yanlış sual özündən sonrakı sual tapşırıqlarının da aqibətini həll edir, iflic duruna salır. Təklif edirəm ki, bundan sonra sırf yuxarıdakı səbəbləri nəzərə almaqla, test tapşırıqlarında rastlanan hər yanlış suala görə abituriyentə 50 bal əlavə verilsin", - deyə müsahibimiz fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:305
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyun 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri