Hərbçilər rütbələrə görə neçə yaşlarında pensiyaya çıxacaqlar? Siyahı

25.09.2026

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində bir sıra qanunlara edilən dəyişikliklərin müzakirəsi keçirilib.
Yeniavaz.com
xəbər verir ki,dəyişikliyə əsasən, hərbi qulluqçular üçün rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək.
Eyni zamanda fərdi şəxsi hesabda qeydə alınan pensiya kapitalına əsasən onlara ümumi əsaslarla pensiya təyin ediləcək.
Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan qanuna görə hərbçilər üçün xidmətdə olmanın son yaş həddi aşağıdakı kimi müəyyən edilib:
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün – 31,5 yaş;
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün – 48 yaş;
Kiçik zabitlər üçün – 48 yaş;
Mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün – 48 yaş;
Polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün – 53 yaş;
General-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral – 58 yaş,
General-polkovnik, admiral rütbələrində – 63 yaş.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью