Hərbçilər rütbələrə görə neçə yaşlarında pensiyaya çıxacaqlar? Siyahı
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində bir sıra qanunlara edilən dəyişikliklərin müzakirəsi keçirilib.
Yeniavaz.com xəbər verir ki,dəyişikliyə əsasən, hərbi qulluqçular üçün rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək.
Eyni zamanda fərdi şəxsi hesabda qeydə alınan pensiya kapitalına əsasən onlara ümumi əsaslarla pensiya təyin ediləcək.
Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan qanuna görə hərbçilər üçün xidmətdə olmanın son yaş həddi aşağıdakı kimi müəyyən edilib:
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün – 31,5 yaş;
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün – 48 yaş;
Kiçik zabitlər üçün – 48 yaş;
Mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün – 48 yaş;
Polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün – 53 yaş;
General-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral – 58 yaş,
General-polkovnik, admiral rütbələrində – 63 yaş.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar?
03 Sentyabr 2025 14:43
Azərbaycanda bu şəxslər daha tez pensiyaya çıxacaqlar
01 Dekabr 2025 17:11
Azərbaycanda hərbçilər ən çox bu qəzetləri oxuyurlar Siyahı
21 Fevral 2025 09:41
Bu vətəndaşlar daha tez pensiyaya çıxacaqlar Qaydalar təsdiqləndi
02 Dekabr 2025 09:22
TƏCİLİ: Dövlət qulluqçuları pensiyaya bu cür çıxacaqlar KONKRET
03 Mart 2026 16:51
Baxış sayı:106
Bu xəbər 25 Sentyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















