“Hərbçilərimizin müraciətlərinə son dərəcə diqqətlə yanaşmalıyıq” Qüdrət Həsənquliyev | Ic…
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında təkliflərlə çıxış edib.
Xalqcəbhəsi.az xəbər verir ki, millət vəkili bildirib: “Hörmətli sədr, mən ilk növbədə sizi İtaliyaya növbəti uğurlu səfər münasibətilə təbrik edirəm və daha böyük nailiyyətlər arzulayıram.
Bu gün bizim iki həmkarımızın, Pərvin xanım və Nurlan Həsənovun doğum günüdür, onları da təbrik edirəm.
Sabah isə böyük sənətkarımız və dövlət xadimi Polad Bülbüloğlunun 80 illiyidir, bu münasibətlə də onu təbrik edir və uğurlar arzulayıram.
Biz Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda möhtəşəm uğura imza atdıq, qara yaranı kəsdik, Azərbaycan xalqının qüruru bərpa olundu, ordumuz xalqımızın başını ucaltdı”.
Millət vəkili diqqətə çatdırıb ki, zaman keçdikcə bu qələbənin möhtəşəmliyi daha aydın görsənir: “Ona görə də biz, hərbçilərimizin müraciətlərinə son dərəcə diqqətlə yanaşmalıyıq.
Hörmətli sədr, çoxsaylı hərbçilərimiz-Sərhəd Xidməti və daxili qoşunlarda hərbi xidmət keçmiş şəxslər sizə də, mənə də, bizim komitənin sədri Azru Nağıyevə də müraciət ediblər ki, onlar silahlı qüvvələrin tərkib hissəsi olsalar da “Hərbi qulluqçuların statusu haqqında” qanuna, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə, 20 il xidmətdən sonra onların mənzillə təmin olunma hüququ olsa da, onlara mənzil verilmir, yalnız Azərbaycan ordusunda hərbi xidmət keçən hərbçilərə verilir.
Tam oxu
Xəbəri oxu