Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

“Hərbçilərimizin müraciətlərinə son dərəcə diqqətlə yanaşmalıyıq” Qüdrət Həsənquliyev

“Hərbçilərimizin müraciətlərinə son dərəcə diqqətlə yanaşmalıyıq” Qüdrət Həsənquliyev

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında təkliflərlə çıxış edib.
Xalqcəbhəsi.az xəbər verir ki, millət vəkili bildirib: “Hörmətli sədr, mən ilk növbədə sizi İtaliyaya növbəti uğurlu səfər münasibətilə təbrik edirəm və daha böyük nailiyyətlər arzulayıram. Bu gün bizim iki həmkarımızın, Pərvin xanım və Nurlan Həsənovun doğum günüdür, onları da təbrik edirəm. Sabah isə böyük sənətkarımız və dövlət xadimi Polad Bülbüloğlunun 80 illiyidir, bu münasibətlə də onu təbrik edir və uğurlar arzulayıram.
Biz Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağda möhtəşəm uğura imza atdıq, qara yaranı kəsdik, Azərbaycan xalqının qüruru bərpa olundu, ordumuz xalqımızın başını ucaltdı”.
Millət vəkili diqqətə çatdırıb ki, zaman keçdikcə bu qələbənin möhtəşəmliyi daha aydın görsənir: “Ona görə də biz, hərbçilərimizin müraciətlərinə son dərəcə diqqətlə yanaşmalıyıq. Hörmətli sədr, çoxsaylı hərbçilərimiz-Sərhəd Xidməti və daxili qoşunlarda hərbi xidmət keçmiş şəxslər sizə də, mənə də, bizim komitənin sədri Azru Nağıyevə də müraciət ediblər ki, onlar silahlı qüvvələrin tərkib hissəsi olsalar da “Hərbi qulluqçuların statusu haqqında” qanuna, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə, 20 il xidmətdən sonra onların mənzillə təmin olunma hüququ olsa da, onlara mənzil verilmir, yalnız Azərbaycan ordusunda hərbi xidmət keçən hərbçilərə verilir.
Milli Məclisin 2025-ci il yaz sessiyasının qanunvericilik işləri planında bir çox mühüm qanun layihəsi təqdim olunacaq. Bunlardan biri də “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsidir. Hesab edirəm ki, bu qanun layihəsi hazırlanarkən həm də “Silahlı qüvvələr haqqında” qanuna, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə də diqqət yetirilməlidir. Hərbçilərlə bağlı bütün bu problemləri aradan qaldırılması üçün, qanunlara dəyişiklik ediləndə hansısa anlaşılmazlıqlar olmasın deyə, onlarla müqavilə imzalanmalıdır. Müqavilənin nümunə forması da həmin qanunlardan birinə-“Silahlı qüvvələr haqqında” qanuna əlavə edilməlidir. Hətta şəxs hərb peşəsini seçəndə bilməlidir ki, o 20 il xidmətdən sonra mənzillə təmin olunacaq, həyatını itirsə və yaxud yaralansa onun ailəsi nə qədər vəsait alacaq, hansı imtiyazları, hansı üstünlükləri var, əməkhaqqı necə indeksləşdiriləcək. Ona görə də, öncədən qeyd etmək istəyirəm ki, hərbçilərlə əmək müqaviləsi bağlanılması məsələsini qanunvericiliyə gətirsək, bütün məsələlər öz həllini tapar və heç bir problem olmaz. Mübahisə olacağı təqdirdə isə onların məhkəmələrə müraciət etmək hüququ yaranacaq”.
Millət vəkili digər bir məsələ ilə bağlı da təkliflə çıxış edib: “Konstitusiyanın tərkib hissəsi olan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 92-ci maddəsinə görə “Normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər, burada söhbət həm də deputatlardan gedir) və müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş xüsusi orqanlar (şəxslər) tərəfindən həyata keçirilir”.
Amma biz, real həyatda görürük ki, faktiki surətdə qanunların icrasına nəzarət mexanizmi yoxdur. Ona görə də, bununla əlaqədar olaraq ayrıca qanun qəbul olunmalıdır. Məsələn Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsini götürək. Milli Məclisin daxili nizamnaməsinin 39-cu maddəsinə görə, ümumiyyətlə millət vəkillərinə dövlət və kommersiya sirri, yaxud qanunla qorunan başqa məxfi məlumatlar göndərilmir, verilmir. Belə olduğu halda məsələn biz komitə olaraq büdcə vəsaitlərinin xəsrclənməsinə necə nəzarət edə bilərik?
İnkişaf etmiş başqa ölkələrdə silahların alınması, satışı, müdafiə və təhlükəsizlik xərclərinin necə istifadə olunması ilə bağlı müvafiq komitələrdə ciddi müzakirələr gedir və onların razılığı ilə bunlar həyata keçirilir. Hesab edirəm ki, dövlət idarəetməsində şəffaflığın artırılması, aparılan islahatlarda Prezidentə dəstək olmaq üçün belə bir qanunun qəbul olunmasına da ehtiyac var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Fevral 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see257

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see178

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see174

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri