Hərbçilərin ev kirayəsi haqqının ödənilməsinə bu qədər vəsait ayrılacaq

23.10.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2026-cı ildə kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ayrılan vəsaitin həcmi məlum olub.

"Unikal" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilib ki, növbəti ilin dövlət büdcəsində kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 15,5 milyon manat məbləğində vəsait nəzərdə tutulub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью