Hərbçilərin ev kirayəsi haqqının ödənilməsinə bu qədər vəsait ayrılacaq
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2026-cı ildə kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ayrılan vəsaitin həcmi məlum olub.
"Unikal" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihədə qeyd edilib ki, növbəti ilin dövlət büdcəsində kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatda və istefada olan hərbi qulluqçular da nəzərə alınmaqla) ödənilən pul kompensasiyası üçün 15,5 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Sosial sığorta haqqının ödənilməsinə dair dəyişiklik müzakirə edilir
23 Oktyabr 2025 09:58
Banklar aztəminatlı ailələrin övladlarının təhsil haqqının ödənilməsinə köməklik etməlidir
07 Noyabr 2024 12:21
Hərbçilərin mənzil tikintisinə 35 milyon manat ayrılacaq
18 Noyabr 2024 11:19
Hərbçilərin mənzil verilməsinə 35 milyon manat ayrılacaq
18 Noyabr 2024 11:29

