Hərbi avtomobil karvanı qəzaya uğrayıb, xəsarət alanlar var FOTO | Icma.az
Icma.az, Avtosfer portalına istinadən məlumat verir. ABŞ-nin hərbi avtomobilləri Polşada qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin Poznan şəhərindəki Baş İdarəsi feysbuk hesabında məlumat yayıb.
Axşam saatlarında A2 magistralının 137-ci kilometrliyində, Buk şəhəri (Böyük Polşa Voyevodluğu) yaxınlığında mikroavtobus Varşava istiqamətində hərəkətdə olarkən "Hummer" də daxil olmaqla Amerika hərbi maşınlarının karvanı ilə toqquşub.
Qəza zamanı bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. ABŞ-nin dörd əsgəri və mülki şəxs - mikroavtobusun sürücüsü xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Varşava istiqamətində nəqliyyatın sıxlığı yaranıb: bir zolaq bağlanıb.
ABŞ karvanındakı hərbi maşınların dəqiq sayı hələ müəyyən edilməyib. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu