Hərbi avtomobil karvanı qəzaya uğrayıb, xəsarət alanlar var FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
ABŞ-nin hərbi avtomobilləri Polşada qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin Poznan şəhərindəki Baş İdarəsi feysbuk hesabında məlumat yayıb. Axşam saatlarında A2 magistralının 137-ci kilometrliyində, Buk şəhəri (Böyük Polşa Voyevodluğu) yaxınlığında mikroavtobus Varşava istiqamətində hərəkətdə olarkən "Hummer" də daxil olmaqla Amerika hərbi maşınlarının karvanı ilə toqquşub. Qəza zamanı bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. ABŞ-nin dörd əsgəri və mülki şəxs - mikroavtobusun sürücüsü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Varşava istiqamətində nəqliyyatın sıxlığı yaranıb: bir zolaq bağlanıb. ABŞ karvanındakı hərbi maşınların dəqiq sayı hələ müəyyən edilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 21 Oktyabr 2025 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















