“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” AZCON un idarəetməsinə verildi FƏRMAN

23.09.2026

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə veriləcək qurumların siyahısına daxil edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev tərəfindən fərman imzalanıb.

Fərmana əsasən, Prezidentin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısına yeni bənd əlavə edilib.

Belə ki, siyahıya 8.7-ci bənd əlavə olunaraq “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti AZCON-un idarəetməsinə veriləcək qurumlar sırasına daxil edilib.

Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью