“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” AZCON un idarəetməsinə verildi FƏRMAN
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə veriləcək qurumların siyahısına daxil edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev tərəfindən fərman imzalanıb.
Fərmana əsasən, Prezidentin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısına yeni bənd əlavə edilib.
Belə ki, siyahıya 8.7-ci bənd əlavə olunaraq “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti AZCON-un idarəetməsinə veriləcək qurumlar sırasına daxil edilib.
Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 23 Sentyabr 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















