Hərəkətdə olan avtomobilin önünə qaçan məktəbli qəzadan son anda qurtuldu VİDEO

14.05.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xaçmaz şəhəri, Abbasqulu Ağa Bakıxanov küçəsində yaranmış təhlükəli vəziyyət avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 8-də saat 18:31 radələrində qeydə alınıb. 

Görüntülərdə bir-birinin arxasınca qaçan iki məktəbli oğlanın 

maşın yoluna qəfil daxil olduqları müşahidə olunur. Bu zaman onlardan biri hərəkətdə olan və görüntünü qeydə alan avtomobilin qarşısına çıxır.

Xoşbəxtlikdən sürücü dərhal reaksiya verərək nəqliyyat vasitəsini dayandırır və baş verəcək qəzanın qarşısını alır. Hadisədən sonra ərazidə olan sürücü və digər şahidlər məktəbliyə irad bildiriblər.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью