Hərəkətdə olan avtomobilin önünə qaçan məktəbli qəzadan son anda qurtuldu VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xaçmaz şəhəri, Abbasqulu Ağa Bakıxanov küçəsində yaranmış təhlükəli vəziyyət avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 8-də saat 18:31 radələrində qeydə alınıb.
Görüntülərdə bir-birinin arxasınca qaçan iki məktəbli oğlanın
maşın yoluna qəfil daxil olduqları müşahidə olunur. Bu zaman onlardan biri hərəkətdə olan və görüntünü qeydə alan avtomobilin qarşısına çıxır.
Xoşbəxtlikdən sürücü dərhal reaksiya verərək nəqliyyat vasitəsini dayandırır və baş verəcək qəzanın qarşısını alır. Hadisədən sonra ərazidə olan sürücü və digər şahidlər məktəbliyə irad bildiriblər.
Nərmin
Bu mövzuda digər xəbərlər:Yaxınlaşmaqda olan maşının önünə qaçan məktəbli qəzadan son anda xilas oldu VİDEO
21 Yanvar 2025 18:41
Qaranlıqda avtomobilin önünə qəfil çıxan piyada qəzadan son anda xilas oldu ANBAAN VİDEO
06 Fevral 2026 12:56
Hərəkətdə olan maşının önünə qəfil keçib təhlükə yaratdı 77 NO 390 VİDEO
01 May 2025 19:32
Maşınların arasından qaçan qadın qəzadan son anda qurtuldu VİDEO
04 Avqust 2026 14:52
Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO
29 Sentyabr 2026 11:58
Baxış sayı:140
Bu xəbər 14 May 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















