Operativmedia portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı şəhəri üzrə 1300-ə yaxın uşaq diabet xəstəliyi səbəbindən Respublika Endokrinoloji Mərkəzində qeydiyyata alınıb.
Ümumi ölkə üzrə 2500 uşaq şəkərli diabetdən əziyyət çəkir. Uşaqlarda şəkərli diabet xəstəliyi niyə artır?
Məsələ ilə bağlı endokrinoloq Aygün Quliyeva "Operativ Media”ya bildirib ki, hazırda uşaqların həyat tərzi ilə 15-20 il əvvəlki uşaqların həyat tərzi arasında böyük fərq var:“Keçmişdə yaşadığımız həyat tərzi indiki kimi deyildi.
Urbanizasiyanın artması, infrastrukturun dəyişməsi nəticəsində hazırki uşaqların həyat tərzi və məşğuliyyətləri də dəyişib.
Məsələn, əvvəllər insanlar taksidən bu qədər çox istifadə etmirdilər. Uşaqlar məktəbə piyadə gedib-gəlirdilər.
İndi isə ya avtobus, ya da avtomobillərlə məktəbə gedilir. Hətta demək olar ki, avtobusla gedən uşaqlar azalıb.
Əksər uşaqlar taksi ilə məktəbə gedir. Bu da nəticədə uşaqlarda hərəkətsizlik yaradır. Digər bir mühüm məsələ isə uşaqların qida tərzidir.