Icma.az
close
up
RU
Hərəkətsizlik və qida vərdişləri uşaqlarda şəkərli diyabetin artmasına səbəb olur Həkimdən ÇAĞIRIŞ

Hərəkətsizlik və qida vərdişləri uşaqlarda şəkərli diyabetin artmasına səbəb olur Həkimdən ÇAĞIRIŞ

Operativmedia portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı şəhəri üzrə 1300-ə yaxın uşaq diabet xəstəliyi səbəbindən Respublika Endokrinoloji Mərkəzində qeydiyyata alınıb. Ümumi ölkə üzrə 2500 uşaq şəkərli diabetdən əziyyət çəkir.

Uşaqlarda şəkərli diabet xəstəliyi niyə artır?

Məsələ ilə bağlı endokrinoloq Aygün Quliyeva "Operativ Media”ya bildirib ki, hazırda uşaqların həyat tərzi ilə 15-20 il əvvəlki uşaqların həyat tərzi arasında böyük fərq var:
“Keçmişdə yaşadığımız həyat tərzi indiki kimi deyildi. Urbanizasiyanın artması, infrastrukturun dəyişməsi nəticəsində hazırki uşaqların həyat tərzi və məşğuliyyətləri də dəyişib.

Məsələn, əvvəllər insanlar taksidən bu qədər çox istifadə etmirdilər. Uşaqlar məktəbə piyadə gedib-gəlirdilər. İndi isə ya avtobus, ya da avtomobillərlə məktəbə gedilir. Hətta demək olar ki, avtobusla gedən uşaqlar azalıb. Əksər uşaqlar taksi ilə məktəbə gedir. Bu da nəticədə uşaqlarda hərəkətsizlik yaradır.

Digər bir mühüm məsələ isə uşaqların qida tərzidir. Əvvəllər bu qədər işlənmiş qidalardan istifadə olunmazdı və uşaqlar da fast-food yemirdilər. 20-30 il əvvəlki dövrün qida rasionu ilə indiki rasionu müqayisə etdikdə, uşaqların və insanların qidalanmasında çox böyük dəyişikliklər olduğunu görmək mümkündür.

Yediyimiz qidalar birbaşa olaraq şəkər xəstəliyinin yaranmasına səbəb olur. Hazırda marketlərdə və restoranlarda satılan qidaların böyük bir hissəsi işlənmiş və zərərli maddələrdən ibarətdir. Hazır qidalardan həddindən artıq istifadə edilməkdədir.

Son zamanlar uşaqlarda artıq çəki daha çox müşahidə edilir. Uşaqlar çox kalori qəbul etsələr də, bunun çox kiçik bir hissəsini xərcləyirlər. Həmçinin, genetika da şəkər xəstəliyinin yaranmasında rol oynayır. Əgər valideynlərdə şəkər xəstəliyi varsa, uşaqların həyat tərzi belə olduqda bu, xəstəliyi daha da alovlandırır”.

Həkim bildirib ki, valideynlər uşaqlarına nəzarət etmirlər: “Uşaqların qidasına diqqət yetirmək çox vacibdir. Düzgün qida rasionu uşaqlar üçün həyati əhəmiyyət daşıyır. Uşaqlar bütün gün kompüter qarşısında oturur, fast-food yeyir və oturaq həyat tərzi keçirirlər. Bütün bunlar şəkər xəstəliyinə gətirib çıxarır.

Elə ailələr var ki, süfrələrindən qazlı içkilər əksik olmur. Belə bir həyat tərzi şəkərli diyabetin cavanlaşmasına səbəb olur. Qida davranışları uşaqlara ailədən aşılanmalıdır.

Hazırda uşaqlar düzgün ünsiyyət qurmağı belə bacarmırlar. Şəkərli diyabetdən əlavə, uşaqlar arasında autizm xəstəliyinin sürətlə artması gözlənilir. Çünki onların həyatında əsasən kompüter mövcuddur. Bu isə gələcəyi məhv edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 29 Noyabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see160

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri