Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq. 1907-ci il noyabrın son günlərində Azərbaycanın mədəni mərkəzinə çevrilməkdə olan Bakı
Milli ziyalıların atası sayılan Həsən bəy Zərdabinin xalqın oyanışı və mədəni tərəqqisi yolunda şam kimi əritdiyi ömrü son şöləsini saçıb sö
Abdulla Şaiqin həmin günlərdə böyük sevgi ilə “həqiqi xalq xadimi” adlandırdığı misilsiz bir milli mücahidin cənazəsi başında onun amal və ə
O məşəl nə idi? Əvvəlinci mətbu kəlam idi”. 1875-ci il iyulun 22-də işıq üzü görmüş həmin “əvvəlinci kəlam” artıq sönməz bir işığa dönüb xal
Bu işığın əzəl şamı sönsə də, artıq işıqlanmış düşüncədə məşələ çevrilmişdi.
Elə buna görə də Azərbaycan parlamentarizminin ilk spikeri, Rusiya türk-müsəlmanlarının lideri Əlimərdan bəy Topçubaşov sonralar öz mənəvi atasını “Azərbaycanın mayakı” adlandırmışdı.
Qafqaz türklərinin Rusiya işğalı altına düşməsi sonrakı 1 əsrdə Azərbaycan dövlətçiliyinin bərpasını hədəfə alan milli idealın yaradılması və istiqlal məfkurəsinə çevrilməsi prosesini doğurmuşdur.
Yeni tipli məktəbin, milli teatr və anadilli mətbuatın yaradılması bu təbii-tarixi prosesə yön və nizam verilməsində, milli kimliyə sahib çıxacaq ziyalılar nəsli yetişdirilməsində həlledici rol oynamışdır.