Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Həsən bəy Zərdabi milli ideala xidmət örnəyidir

Həsən bəy Zərdabi milli ideala xidmət örnəyidir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

1907-ci il noyabrın son günlərində Azərbaycanın mədəni mərkəzinə çevrilməkdə olan Bakı mətəm əhvalına bürünmüşdü. Milli ziyalıların atası sayılan Həsən bəy Zərdabinin xalqın oyanışı və mədəni tərəqqisi yolunda şam kimi əritdiyi ömrü son şöləsini saçıb sönmüşdü...

Abdulla Şaiqin həmin günlərdə böyük sevgi ilə “həqiqi xalq xadimi” adlandırdığı misilsiz bir milli mücahidin cənazəsi başında onun amal və əməl yetirmələrindən Əli bəy Hüseynzadə demişdi: “Aləmi-islam bir qaranlıq içərisində qaldığı zaman bu adam əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışmışdır. O məşəl nə idi? Əvvəlinci mətbu kəlam idi”.

1875-ci il iyulun 22-də işıq üzü görmüş həmin “əvvəlinci kəlam” artıq sönməz bir işığa dönüb xalqımızın qarşıdakı istiqlal yoluna işıq salırdı. Bu işığın əzəl şamı sönsə də, artıq işıqlanmış düşüncədə məşələ çevrilmişdi. Elə buna görə də Azərbaycan parlamentarizminin ilk spikeri, Rusiya türk-müsəlmanlarının lideri Əlimərdan bəy Topçubaşov sonralar öz mənəvi atasını “Azərbaycanın mayakı” adlandırmışdı.

Qafqaz türklərinin Rusiya işğalı altına düşməsi sonrakı 1 əsrdə Azərbaycan dövlətçiliyinin bərpasını hədəfə alan milli idealın yaradılması və istiqlal məfkurəsinə çevrilməsi prosesini doğurmuşdur. Yeni tipli məktəbin, milli teatr və anadilli mətbuatın yaradılması bu təbii-tarixi prosesə yön və nizam verilməsində, milli kimliyə sahib çıxacaq ziyalılar nəsli yetişdirilməsində həlledici rol oynamışdır.

Bu tarixi zərurətin gerçəkləşdirilməsi Mirzə Şəfi Vazehin, Abbasqulu ağa Bakıxanovun və Mirzə Fətəli Axundovun maarifçilik fəaliyyətindən qaynaqlanan milli idealı zehni-nəzəri çevrədən əməli-təcrübi məcraya yönəldən, həqiqi xalq xadimi kimi tarixi şəxsiyyətin yeni örnəyini yaradan Həsən bəy Məlikov Zərdabinin adı ilə bağlıdır.

Həyatını, ikiyə bölünmüş Vətəninin quzeyində dövlətçiliyini itirmiş, yox olmağa məhkum edilmiş xalqının nicatı işinə həsr etmiş Zərdabinin əməlləri və zəngin zəka irsi sağlığında və ölümündən sonrakı bir əsrdən artıq müddətdə milli-mədəni geriliyin aradan qaldırılması və azərbaycançılıq məfkurəsinin istiqlal məramnaməsinə çevrilməsi işinə xidmət etmişdir. Həsən bəyin bənzərsiz həyatı və müqəddəs mübarizəsi isə zaman-zaman xalq işinə xidmətin mükəmməl timsalı olaraq qəbul edilmişdir.

Çoxcəhətli fəaliyyəti, banisi olduğu elmi-mədəni çalışma yönləri ilə XIX əsrlə XX yüzillik arasında körpü yaratmış, sosial təkamülçü olmuş Zərdabi milli oyanış, demokratik təşəkkül və ümumi tərəqqi tariximizin öndəri, yeni ziyalılar nəslinin atası mərtəbəsinə yüksəlmişdir. Zəkası, qələmi və həyatda yaratdıqları ilə nadir irs qoyub getmiş Həsən bəy Zərdabi dövrünün əhatəli bioqrafiyasını yaratsa da, təəssüf ki, əhatəli xatirə yazmaması ilə mənalı ömür yolunun bir çox izlərini ötənlərin pərdəsi altında buraxıb getmişdir.

Nə yaxşı ki, mədəni tariximizə ilk milli ziyalı ailəsi kimi düşmüş zərdabilər və doğmaları, Həsən bəyin yetirmələri və zərdabişünaslar zamanında Zərdabi xatirəsinə və irsinə istinadla bu pərdəni yırtaraq böyük xalq xadiminin əhatəli bioqrafiyasını yaratmış, fəaliyyətini dərindən tədqiq etmişlər. Həsən bəyin məktubları və bir sıra məqalələri də bioqrafik səciyyəsi ilə onun ömür yolunun ayrı-ayrı səhifələrinə işıq salır. Xatirələrdə, mətbuat səhifələrində, tarixi sənədlərdə, məqalə və elmi araşdırmalarda əksini tapmış bu materialları yeni əlifba ilə nəşr etmək, toplular halında oxuculara çatdırmaq çağdaş nəsilləri milli idealın formalaşması tarixi ilə tanış etmək baxımından gərəklidir.

Zərdabinin öz millətinə xidmət nümunəsi ölümündən sonrakı illərdə milli-mədəni dairələrdə yüksək tutulsa da, təşviq olunsa da sovet zamanında hakim ideoloji tələblə Həsən bəyin ömür yolu və irsi “ifrat milliliyi” ilə təhlükəli sayılmış, qadağa və unutqanlıq çevrəsinə salınmışdır. Stalinizmin iflasından sonra milli varlığımıza bağlı ziyalılar (Heydər Hüseynov, Firidun Köçərli, Cəlal Məmmədov, Abbas Zamanov, Mirəli Axundov, Ziyəddin Göyüşov, Zaman Məmmədov, Şirməmməd Hüseynov, Vəli Məmmədov, İzzət Rüstəmov və s.) Zərdabinin həyat və fəaliyyətini müxtəlif yönlərdən öyrənməklə onun adını və irsini yenidən işığa çıxarmışlar.

Həsən bəy Zərdabi şəxsiyyətinin nadir kimliyini sonrakı nəsillərə çatdırmaqda onun ailə üzvlərinin – həyat yoldaşı və silahdaşı Hənifə xanım Abayeva-Məlikovanın, qızı Qəribsoltan xanım Məlikovanın və kürəkəni, qızı Pərisoltan xanımın həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun xatirələri çox qiymətli mənbələrdir. Həsən bəyin bioqrafiyasını canlı şəhadətlə yaradan bu xatirələr rus dilində yazıldığından və diqqətdən kənarda qaldığından uzun illər geniş oxucu kütləsi onlardan istifadə edə bilməmişdir. Son illərdə Söz Azadlığını Müdafiə Fondunun dəstəyi ilə bu xatirələr və digər bioqrafik materiallar toplular şəklində çap olunmuşdur.

Zərdabinin doğum ili barədə müxtəlif tarixlərin mövcudluğu bu vaxtadək onun yubileylərinin keçirilməsinə mane olmuşdur. Ötən onilliklərdə 1837 və 1842-ci il tarixləri əsas götürülməklə elmi-mədəni dairələr 5-10 ildən bir Həsən bəyi yada salıb müxtəlif tədbirlər keçirsə də, bunlar rəsmi yubiley miqyası almamışdır. Nəhayət, bu il, mübahisəli sayılsa da, Həsən bəyin öz qələmindən çıxdığına görə əsaslı sayılmış 1842-ci il tarixini qəbul etməklə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə milli teatrın və mətbuatın banisinin 170 illik yubileyin ölkə miqyasında təntənəli surətdə qeyd olundu. Yubiley münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış “Həsən bəy Zərdabi xatirələrdə toplusunda ölməz ustadımız barədə qiymətli tarixi materiallar toplanmışdı.

Bu topluda əsas yeri Həsən bəyin ailə üzvlərinin xatirələri tutub. Bu xatirələrlə sıx bağlı olduğuna və onları tamamladığına görə H.Zərdabinin M.F.Axundovla məktublaşmaları, “Əkinçi”, “Kaspi” və “Həyat” qəzetlərində dərc olunmuş məfkurəvi və bioqrafik yüklü məqalələri toplunun əvvəlində yer alıb.

Həsən bəy Zərdabinin istedadlı yetirmələrindən biri, ölümündən sonra onun ilk bioqrafı olmuş görkəmli pedaqoq-publisist Fərhad Ağazadə Şərqlinin 1925-ci ildə “Əkinçi” qəzetinin 50 illik yubileyi münasibətilə yazdığı “Həsən bəy Məlikov-Zərdabinin tərcümeyi-halı” oçerki elmi-bioqrafik tutumuna görə kitabda geniş ön söz kimi nəzərə çarpır.

Böyük Həsən bəyin 1907-ci ildə ölümü və ümumxalq matəminə çevrilmiş dəfni barədə dövri mətbuatda çap olunmuş yazılar bioqrafik dəyərinə görə sonrakı bölmədə verilib. Tanınmış zərdabişünasların araşdırmalarının xronikal səhifələri kitaba salınmaqla görkəmli demokratın ömür yolu barədə təsəvvürləri dolğunlaşdırıb. Topluya Həsən bəy Zərdabi və ailəsi barədə əldə olan fotoşəkillər də daxil edilib.

Həmin kitab materialların zənginliyi və gərəkliyi ilə bu vaxtadək Həsən bəy Zərdabi barədə buraxılmış bioqrafik kitablardan xeyli seçilmiş və “milli ziyalılarımızın atası”nın müstəqillik dövründə ilk dəfə keçirilmiş yubileyinə dəyərli töhfə olmuşdu.

Tahir AYDINOĞLU,
Əməkdar jurnalist
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyul 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see544

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see296

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see286

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see215

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see215

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see214

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see214

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see206

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see202

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see201

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see201

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see201

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see197

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see197

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see195

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see194

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see193

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see193

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri