“”Həsən Mirzəyev Ensiklopediyası”nın tərtib olunmasının vaxtı çatıb” Etibar Əliyev AzPolit…
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Keçmiş millət vəkili, elm və təhsil bilicisi Etibar Əliyev “Facebook” səhifəsində Əməkdar elm xadimi, görkəmli dilçi alim, mərhum professor Həsən Mirzəyevin doğum günündə onun xalqımız qarşısında xidmətlərindən, elmi fəaliyyətindən, Azərbaycan dilçiliyinin inkişafına verdiyi töhfələrdən bəhs edib.“AzPolitika” həmin məqaləni oxuculara təqdim edir: 26 noyabr Əməkdar elm xadimi, görkəmli dilçi alim, professor Həsən Mirzəyevin anadan olduğu gündür.
Həsən Mirzəyevin Azərbaycan dilçilik elminin tədqiqində, folklor və ədəbiyyatşünaslıq sahələrində yazdığı dəyərli əsərləri öz aktuallığı ilə bu gün də tələbələr, tədqiqatçılar, xüsusən də gənc alimlər üçün əvəzsiz mənbədir.
Həsən Mirzəyev öz əqidəsi, ziyalılığı, dürüstlüyü ilə unudulmaz Heydər Əliyevin yaxın silahdaşı olmuşdur.
Həsən müəllim soydaşlarımızın Qərbi Azərbaycandan didərgin salınması ilə heç cür barışa bilmirdi.
O, Qərbi Azərbaycandan didərgin düşmüş insanların Qarabağa köçürülmələri üçün əlindən gələni əsirgəmirdi.
Zaman-zaman işğallara məruz qalan, parçalanan, doğranan torpaqlarımızın fəryadını insanlara çatdırır, Vətənin övladlarını qisas almağa, əsir qalan elləri, obaları, məktəbləri, yaylaqları, dağları azad etməyə çağırırdı: Düşmən əlindədir müqəddəs yerim,Ləlim, cəvahirim, abidəm, pirim,Qoy ayağa qalxsın igidim, ərim,Bəlkə bu şad xəbər silə dərdimi.Babamın o yerdə izi qalıbdır,Nənəmin nəğməli sözü qalıbdır,Türk-oğuz yurdunun gözü qalıbdır,Töksəm də aparmaz Nilə dərdimi.Həsən Mirzəyevin dilçilik sahəsində inqilabi xarakter daşıyan “Azərbaycan dilində feil” monoqrafiyası xüsusilə qeyd olunmalıdır.
Monoqrafiyanın yazılışından 37 ildən çox zaman keçmişdir, lakin monoqrafiya elmi aktuallığını bu gün də qoruyur.
Tam oxu
Xəbəri oxu