Icma.az
close
up
RU
“”Həsən Mirzəyev Ensiklopediyası”nın tərtib olunmasının vaxtı çatıb” Etibar Əliyev AzPolitika onlayn siyasiictimai qəzet

“”Həsən Mirzəyev Ensiklopediyası”nın tərtib olunmasının vaxtı çatıb” Etibar Əliyev AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Keçmiş millət vəkili, elm və təhsil bilicisi Etibar Əliyev “Facebook” səhifəsində Əməkdar elm xadimi, görkəmli dilçi alim, mərhum professor Həsən Mirzəyevin doğum günündə onun xalqımız qarşısında xidmətlərindən, elmi fəaliyyətindən, Azərbaycan dilçiliyinin inkişafına verdiyi töhfələrdən bəhs edib.

“AzPolitika” həmin məqaləni oxuculara təqdim edir:

26 noyabr Əməkdar elm xadimi, görkəmli dilçi alim, professor Həsən Mirzəyevin anadan olduğu gündür. Həsən Mirzəyevin Azərbaycan dilçilik elminin tədqiqində, folklor və ədəbiyyatşünaslıq sahələrində yazdığı dəyərli əsərləri öz aktuallığı ilə bu gün də tələbələr, tədqiqatçılar, xüsusən də gənc alimlər üçün əvəzsiz mənbədir. Həsən Mirzəyev öz əqidəsi, ziyalılığı, dürüstlüyü ilə unudulmaz Heydər Əliyevin yaxın silahdaşı olmuşdur.

Həsən müəllim soydaşlarımızın Qərbi Azərbaycandan didərgin salınması ilə heç cür barışa bilmirdi. O, Qərbi Azərbaycandan didərgin düşmüş insanların Qarabağa köçürülmələri üçün əlindən gələni əsirgəmirdi. Zaman-zaman işğallara məruz qalan, parçalanan, doğranan torpaqlarımızın fəryadını insanlara çatdırır, Vətənin övladlarını qisas almağa, əsir qalan elləri, obaları, məktəbləri, yaylaqları, dağları azad etməyə çağırırdı:

Düşmən əlindədir müqəddəs yerim,

Ləlim, cəvahirim, abidəm, pirim,

Qoy ayağa qalxsın igidim, ərim,

Bəlkə bu şad xəbər silə dərdimi.

Babamın o yerdə izi qalıbdır,

Nənəmin nəğməli sözü qalıbdır,

Türk-oğuz yurdunun gözü qalıbdır,

Töksəm də aparmaz Nilə dərdimi.

Həsən Mirzəyevin dilçilik sahəsində inqilabi xarakter daşıyan “Azərbaycan dilində feil” monoqrafiyası xüsusilə qeyd olunmalıdır. Monoqrafiyanın yazılışından 37 ildən çox zaman keçmişdir, lakin monoqrafiya elmi aktuallığını bu gün də qoruyur. Onun Azərbaycan dilçiliyinin demək olar ki, bütün sahələrinə həsr olunmuş monoqrafik tədqiqatları vardır, lakin “feil”i o, ayrı bir şövqlə işləmişdir.

Sən demə dilimizin qorunması üçün təkcə biz feilə borclu deyilik. Analogiya mövcuddur. Böyük ispan yazıçısı, Nobel mükafatı laureatı Kamilo Xose Sela Nobel nitqini "feil"ə həsr etmişdi: "Bütün dillərin təkamül tarixi sadə cümlələrin qurulması ilə başlayır və zaman keçdikcə, həm sintaksis, həm də semantik məzmun baxımından mürəkkəbləşən mərhələyə qədər davam edir. Sadədən mürəkkəbə doğru bu irəliləyiş zamanı ünsiyyət üçün öncə ən ağır yük feillərin üzərinə düşür. Daha sonra isim, sifət, zərf əlavə olunur və cümlələrin həcmi artır. İlk sözün zərurətdən irəli gələrək, feilin əmr formasında yarandığını düşünə bilərik. Əmr forması ünsiyyət zamanı böyük rol oynayır və ondan istifadə edərkən, çox ehtiyatlı olmağı tələb edir".

Feil hərəkətdir, feil sürətdir, döyüşkəndir fikirləri ilə feili vəsf edən professor Həsən Mirzəyev məktəblilər, tələbələr və gənc tədqiqatçılar üçün dəyərli vəsaitlər yazmaqla Azərbaycan “Dilçilik məktəbi"nin əsaslarını qoyanlardan biri kimi yaddaşlardan silinməyəcək. Ruhun şad olsun, dəyərli müəllim: Qarabağımız işğaldan azad olunub…

Düşünürəm ki, "Həsən Mirzəyev Ensiklopediyası"nın tərtib olunmasının vaxtı çatıb.

“AzPolitika”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Noyabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri