Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.
Əl gigiyenası infeksiyaların qarşısını almaq və antibiotik müqavimətinin yayılması ilə mübarizə aparmaq üçün ən təsirli həll yoludur.
Cəmi 40 saniyəlik düzgün əl yuma ilə xəstəliklərin qarşısını almaq mümkündür.
Araşdırmalar göstərib ki, əl gigiyenası ilə infeksiyaları 50 faiz azaltmaq mümkündür.
Əl gigiyenasının yaxşılaşdırılması effektiv infeksiyaya nəzarətin vacib hissəsidir.
Buna görə də xəstələrin və tibb işçilərinin təhlükəsizliyi üçün əvəzolunmazdır.
Əllərin düzgün yuyulmaması yoluxucu xəstəliklərə səbəb ola bilər.
Təmasda olan səthlərdən və ya materiallardan götürülən mikroblar yoluxucu xəstəliklərin yayılmasında rol oynayır.