Icma.az
close
up
RU
Həyat xilas edən 40 SANİYƏ Əl gigiyenasında 10 QIZIL QAYDA

Həyat xilas edən 40 SANİYƏ Əl gigiyenasında 10 QIZIL QAYDA

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Əl gigiyenası infeksiyaların qarşısını almaq və antibiotik müqavimətinin yayılması ilə mübarizə aparmaq üçün ən təsirli həll yoludur. Cəmi 40 saniyəlik düzgün əl yuma ilə xəstəliklərin qarşısını almaq mümkündür.

Araşdırmalar göstərib ki, əl gigiyenası ilə infeksiyaları 50 faiz azaltmaq mümkündür. Əl gigiyenasının yaxşılaşdırılması effektiv infeksiyaya nəzarətin vacib hissəsidir. Buna görə də xəstələrin və tibb işçilərinin təhlükəsizliyi üçün əvəzolunmazdır.

Əllərin düzgün yuyulmaması yoluxucu xəstəliklərə səbəb ola bilər. Təmasda olan səthlərdən və ya materiallardan götürülən mikroblar yoluxucu xəstəliklərin yayılmasında rol oynayır. Qrip, soyuqdəymə, ishal, göz infeksiyaları və dəri infeksiyaları kimi xəstəliklər bu şəkildə daha çox yayılır. Çöldən evə gəldikdə, yeməkdən əvvəl və sonra, tualet ehtiyacı ödənildikdən sonra, zibil və ya kimyəvi maddələrlə təmasdan sonra, pulla təmasdan sonra, xəstələrlə təmasdan əvvəl və sonra və ya bədən yaraları, öskürəkdən sonra və ya asqırdıqdan sonra əllər yuyulmalıdır.

Səhiyyə ilə əlaqəli infeksiyalar xəstələrin təhlükəsizliyi üçün ciddi təhlükə yarada bilər. ABŞ-da aparılan bir araşdırmada xəstəxana içi infeksiyaların ümumi illik xərcinin 9,8 milyard dollar olduğu bildirilib. Bütün bunları nəzərə alsaq, bu o deməkdir ki, səhiyyə zamanı gigiyenik qaydalar düzgün tətbiq edildikdə, milyonlarla insanın həyatını xilas etmək mümkündür.

ƏL YUMAYANIN 10 QIZIL QAYDASI:

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, əl gigiyenasını təmin etmək üçün 40 saniyə ərzində əl yuma zamanı bunları nəzərə almaq lazımdır:

Əllərinizi su ilə isladıqdan sonra sabunu götürün. Ovuclarınızı dairəvi hərəkətlərlə ovuşdurun. Barmaqlarınızı barmaqlarınızın arasına sürtün, sağ ovucunuz sol əlinizin arxasına baxsın. Hər iki əl üçün eyni hərəkətləri edin. Ovuclarınızı birləşdirərək barmaqlarınızın arasını təmizləyin. Əlləri bir-birinə bağlayaraq əllərin içini və barmaqların arxasını yuyun. Baş barmaqlarınızı dairəvi hərəkətlərlə ovuşdurun. Digər əlinizin ovucuna toxunaraq dırnaqları və barmaq uclarını dairəvi hərəkətlə ovuşdurun. Əllərinizi su ilə yaxaladıqdan sonra birdəfəlik kağız dəsmal və ya dəsmal ilə qurulayın. Kranı kağız dəsmal ilə bağladıqdan sonra artıq əlləriniz təhlükəsizdir.  

Sevinc Hüseynova

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri