Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq. "Birinci övladım qız oldu.
Sən demə böyrək çatışmazlığım var imiş və mənə uşaq dünyaya gətirmək olmazmış.
Həkimlər övladım bətnimdə 6 aylıq olanda dedilər ki, gəl çıxaraq. Söylədim ki, olmaz. Mən artıq onu hiss edirdim.
Həyat yoldaşım Valid də həkimlərlə eyni fikirdə idi. Cavab verirdim ki, ölərəm, uşaq qalar, sən böyüdərsən.
Onu necə öldürüm, hiss edirəm axı? Allah dözüm verər, qorxma. Kliniki ölüm keçirdim. 1-2 gündən sonra ayıldım.
Gətirib qoydular qucağıma ki, sənin qızındır. Baxdım, soruşdum ki, necə dünyaya gəldi? 7 ildən sonra oğlum da oldu.
Risk etdim, müalicə aldım. Qətiyyən problem olmadı, heç elə bil xəstəliyim yox idi. Ayağı yüngül oldu".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Ofeliya Sənani "Həftənin qonağı" verilişində danışıb.