Icma.az
close
up
RU
Həyat yoldaşım qızımızın xəstəliyinə dözmədi

Həyat yoldaşım qızımızın xəstəliyinə dözmədi

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

"Birinci övladım qız oldu. Sən demə böyrək çatışmazlığım var imiş və mənə uşaq dünyaya gətirmək olmazmış. Həkimlər övladım bətnimdə 6 aylıq olanda dedilər ki, gəl çıxaraq. Söylədim ki, olmaz. Mən artıq onu hiss edirdim. Həyat yoldaşım Valid də həkimlərlə eyni fikirdə idi. Cavab verirdim ki, ölərəm, uşaq qalar, sən böyüdərsən. Onu necə öldürüm, hiss edirəm axı? Allah dözüm verər, qorxma. Kliniki ölüm keçirdim. 1-2 gündən sonra ayıldım. Gətirib qoydular qucağıma ki, sənin qızındır. Baxdım, soruşdum ki, necə dünyaya gəldi? 7 ildən sonra oğlum da oldu. Risk etdim, müalicə aldım. Qətiyyən problem olmadı, heç elə bil xəstəliyim yox idi. Ayağı yüngül oldu".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Ofeliya Sənani "Həftənin qonağı" verilişində danışıb. O, mərhum həyat yoldaşı, ssenarist Valid Sənani və övladlarından söz açıb. O.Sənani bildirib ki, həyat yoldaşı qızı Lalənin onkoloji xəstəliyinə dözməyib və vəfat edib:

"Oğlum Moskvada 5 il oxudu. Həmin illəri Moskvanın bütün təyyarələrində gəzirdim. Həftədə bir dəfə xörəklər bişirib aparırdım. Təkcə onun üçün yox, oradakı tələbə uşaqlar üçün də aparırdım. Maddi imkanın buna çatırdı. 

Valid uşaqlarına çox bağlı idi. Qızım xəstələnən gündən o da yatağa düşdü. Mənə və oğluma dedi ki, məni bağışlayın. Soruşdum ki, sənə nə olub? Dedi ki, məndən əlini üz. Cavab verdim ki, nə danışırsan, mən anayam, mən uzanmalıyam qızımın yanında, sən yox. Ayaqları tutuldu. İkisinə də mən baxırdım. Özlərinin yanında ağlamırdım, özümü ələ alırdım. Gülüb danışırdım ki, ürəklərinə heç nə salmasınlar. Çox çətin günlər idi. Səhərə qədər yatmırdım. Qızımı sağalda bildik. Onu evə gətirəndə Valid gördü ki, arıqlayıb, saçları yox idi, ləçək bağlamışdım başına. Ondan sonra Valid ayağa qalxmadı. 2011-ci ildə vəfat etdi. Kişilər çox zəif, iradəsiz, qorxacaqdırlar. Deyirdim, qorxma, Allaha dua et. Lalə ayağa durmamış getdi". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://axsam.az
archiveBu xəbər 07 İyun 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri