Həyat yoldaşının gözü qarşısında sevgilisini evinə gətirən yazıçı | Icma.az
Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün görkəmli rus yazıçı, Nobel mükafatı laureatı Ivan Buninin doğum günüdür.
Kulis.az Azər Qismətin "Buninin məhəbbət üçbucağı" yazısını təqdim edir.
Tanrı Buninə səbir bəxş edəndə bilirmiş ki, bəndəsi hər bir əsərini xırdalığına qədər incələyəcək, cümlələri sədəf kimi düzəcək.
Bir əsər üzərində illərlə çalışması onun ədəbiyyata möhtəşəm sevgisinin təzahürüdür. Fransanın cənubu. Qrass şəhəri. Sentyabr.
Bu vaxtlar havanın isti olması adamları təəccübləndirirdi. Günəşin yandırıcı şəfəqləri qumlu sahildə uzanan adamların ürəyinə yatırdı.
Qışa az qaldığından canlarına istilik salmaq istəyirdilər. Sahildəki kafedə bir kişi və gənc qadın əyləşmişdi.
Onlar danışmadan buzlu kokteyl içirdilər. Çünki söhbətləri bir-birinə uyuşmurdu.
Tam oxu
Xəbəri oxu