Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ATƏT də dərin böhran yaşanır

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Həyat yoldaşının gözü qarşısında sevgilisini evinə gətirən yazıçı

Həyat yoldaşının gözü qarşısında sevgilisini evinə gətirən yazıçı

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün görkəmli rus yazıçı, Nobel mükafatı laureatı Ivan Buninin doğum günüdür.

Kulis.az Azər Qismətin "Buninin məhəbbət üçbucağı" yazısını təqdim edir.

Tanrı Buninə səbir bəxş edəndə bilirmiş ki, bəndəsi hər bir əsərini xırdalığına qədər incələyəcək, cümlələri sədəf kimi düzəcək. Bir əsər üzərində illərlə çalışması onun ədəbiyyata möhtəşəm sevgisinin təzahürüdür.

Fransanın cənubu. Qrass şəhəri. Sentyabr. Bu vaxtlar havanın isti olması adamları təəccübləndirirdi. Günəşin yandırıcı şəfəqləri qumlu sahildə uzanan adamların ürəyinə yatırdı. Qışa az qaldığından canlarına istilik salmaq istəyirdilər. Sahildəki kafedə bir kişi və gənc qadın əyləşmişdi. Onlar danışmadan buzlu kokteyl içirdilər. Çünki söhbətləri bir-birinə uyuşmurdu. Qadın sandalını çıxarıb ayaqlarını uzatmışdı, bütün əzalarının dincəlməsini istəyirdi. Bu vaxt sahildə arıq, ucaboy kişi göründü.

- Mixail, bu kimdir, - deyə qadın soruşdu.

- Bu mənim çoxdankı tanışımdır. Yəqin adını eşitmisən, İvan Bunin.

- Eşitmisən nədir? Onun bütün əsərlərini əzbər bilirəm. Tez məni onunla tanış et.

Yazıçı Mixail Qofman onları bir-birilə tanış etdi. Bununla da İvan Buninin sonuncu məhəbbət romanı başlandı. Qalina Kuznetsova çox da gözəl qadın olmasa da, şirinliyi və elə şirin danışığı ilə Bunini maraqlandırmağı bacardı. Tanışlıq zamanı əllərin bir-birinə toxunuşu, baxışlar. Anladılar ki, bütün həyatları boyu bir-birini axtarıblar. Bu sevgi günəşin yanğısına bənzəyirdi.

1917-ci ilin oktyabr çevrilişindən sonra Bunin və həyat yoldaşı Vera Nikolayevna Rusiyadan Fransanın Qrass şəhərinə qaçmışdılar. O illərdə qırmızı terror təkcə sosializm inqilabının düşmənlərini yaxalamırdı. Eləcə də fikirləri bolşevik şair və yazıçıların fikirlərindən fərqlənənlər də bir gecədə dinməz-söyləməz qətlə yetirilirdi. Həmin günlərdə Bunin doğmalarını qorumağı qərara alaraq qaçdı. Qaçanlar sırasında Qalina Kuznetsova və ağqvardiyaçı əri Dmitriy Petrov da vardı. Gəmilərə və qatarlara doluşaraq Vətəni tərk etmək necə ağır idi. Ancaq mübarizəni Vətəndən kənarda da aparmaq olardı. Yetər ki, harasa sığınasan. Onlar Fransanı seçmişdilər. Buninlə Qalinanın görüşü elə burada təsadüfən alındı. Və bu görüş həyatlarının sonrakı gedişatını dəyişdi.

Yenicə nasirliyə başlayan Qalina üçün Bunin kumir sayılırdı. Bircə baxışı ilə qadını şam kimi əridən yazıçı sonrakı günlərdə özünün ağlı, dərin fikirləri ilə incə məxluqu bütünlüklə ələ aldı. Əslində, belə ərimə Qalinanın da ürəyincə idi. Necə deyərlər, hər gedişat qarşılıqlı şəkildə alınırdı. Bir məsələ də var idi ki, Bunin qadın xislətinin bilicisi sayılırdı. Romanlarında həyatı ifadə edən yazıçı üçün insan xislətlərini incələmək su içmək qədər asandır. Əsasən süd rəngli kostyum geyinən ucaboy kişinin baxışlarına Qalina çox ehtiyac duyurdu. Təkcə baxışlarmı? Bunin kifayət qədər mənəviyyatı güclü insan idi. Qərib ölkədə yaşayan, hər an terrordan qorxan Qalina üçün güclü kişiyə sığınmaq hava-su qədər vacib sayılırdı. İnqilabdan sonra xarici ölkələrə sığınanlar sakit yuxuya dala bilmirdilər. Xaricdə fəaliyyət göstərən soydaşları öldürmək üçün ezam edilən casuslar hər zaman qapılarında peyda ola bilərdi. Dzerjinskinin qırmızı terror üzvləri daim onları axtarıb tapırdı. Qalina da qorxurdu. Ərinin ağqvardiyaçı olmasına görə onu da bağışlamazdılar. Belə bir qorxulu anlarda ucaboy, süd rəngli kostyum geyinən, mənəvi cəhətdən zəngin, özü də məşhur bir adamın onun qəlbində toxtaqlıq yaratması qadının qorxu hissini azaltdı. Qalina Kuznetsova gündəliyində yazırdı: "Bunin ağlımı əlimdən alımışdı. Mən də ona tabe olub, qoynunda batmışdım". Qalina Bunin üçün bir udum təmiz hava qədər əziz idi. Bu qadın özünün incəliyi, zərif çiyinləri ilə fərqlənir, qısa ətəkli donu ilə duyğuları oyandırırdı. İvan Alekseyeviç bu gözəllik və zəriflik içində həm də onun qəmli gözlərini də görməyi bacarırdı. Bu baxımdan həm sevgi hisslərini, həm də mənəvi dəstəyini əsirgəmirdi. Baxmayaraq ki, aralarında 30 yaş fərq vardı. Yaşın çoxluğu heç birini utandırmırdı. Əksinə, sevgi günü-gündən artırdı.

Zərif qız həm də kəskin addımlar da ata bilirdi. Günlərin birində ərini atması, Parisdə kirayə ev tutmasından görünür ki, artıq sevgi başına vururdu. İlk addım qadından gəldi. Onlar bütün ili həmin evdə görüşdülər. Bunin onsuz yaşaya bilmədiyini anlayanda qəti qərara gəldi: "Qalina Qrassa gəlməlidir". Çünki Qrassdan Parisə qədər uzun yolu qət etmək kifayət qədər yetkin yazıçı üçün çətinlik yaradırdı. Bunin onu Qrassa - "Belveder" iqamətgahına gətirdi. Həm şagird, həm köməkçi, həm də sevgili kimi. Nəticədə məhəbbət üçbucağı alındı: İvan Bunin, həyat yoldaşı Vera Nikolayevna və Qalina Kuznetsova. Vera Nikolayevna əvvəlcə nə baş verdiyini anlamadı. Əri özünə köməkçi gətirib, burda nə var ki? Amma getdikcə baxıb gördü ki, əri bu qıza odlu baxışlarla baxır, üstəlik kabinetdə saatlarla söhbət edirlər. O, yaradıcılıq zamanı ərinin işinə qarışmazdı, heç kabinetinə daxil olub yazı masasını da qurdalamazdı. Bu yazıçı xanımı üçün etik sayılmırdı. Lakin getdikcə şübhələri artırdı. Üstəlik, mühacirlər arasında Buninin yeni məhəbbəti barədə yayılan söz-söhbətin böyüməsi sadə, həm də sadəlövh qadını düşünməyə vadar etdi. Deməli, əri özündən 30 yaş kiçik qadını heç də köməkçi və şagird kimi bura çağırmayıb. Vera Nikolayevna hər an özü ilə danışır, suallar verirdi. Doğrudanmı 20 il yaşadığı kişi onu bu qadına dəyişib? Özü də ən ağır günlərində ərini atmayıb, sınaqlara birgə dözüblər. Çıxıb getsinmi? Lakin hara getsin. Vətəndən didərgin düşüb qərib ölkəyə pənah gətiriblər. Burda kirayə ev tutub tək yaşasınmı? Buninin həyat yoldaşı özünə təskinlik verməsəydi, ya intihar edər, ya da günü-gündən əriyib gedərdi. Təskinlik ondan ibarət idi ki, əri belə vicdansızlıq etməz. "Doğrudanmı bir sevgiliyə görə öz həyat yoldaşını atacaq? Yox, onlarınkı alınmayacaq, ərim yenidən məni sevəcək". Qadın dəli olmaqdan qorxurdu. Sualların çoxluğu, özü ilə tək qalıb müzakirə açmağı dəliliyə bir addımın qaldığını göstərirdi: "Əgər Qalina istedadlı olsaydı, deyərdim ki, Yan (o, evdə ərini həmişə belə çağırıb) yaradıcı zövq alır. Halbuki Qalinanın danışığından başında saman gəzdirdiyi aydındır. Bəs, başqa nə ola bilər?" Vera Nikolayevnanın növbəti təskinliyi bu oldu ki, əri bu qadına uşaq kimi baxır. Həm yaş fərqi bunu deməyə əsas verir, həm də Qalinanın səsi də nazikdir. Elə bil hələ qadınlıq bulağından su içməyib. "Görünür, ərim Qalinaya vaxtilə kiçik yaşlarında həlak olmuş oğlumuz Kolya kimi baxır və qızı kimi sevir". Ona görə də Qalinaya heç nə demədi. Yeməyini bişirdi, paltarlarını yuyub-ütülədi. Hadisələrin sonrakı gedişatı daha maraqlı situasiya aldı. İki il keçdi. Məhəbbət üçbucağı kvadrata çevrildi. Deyəsən, Vera Nikolayevnanın Tanrıya yalvarışları öz bəhrəsini verdi. Amma qadın həmin bəhrəni qəbul etmədi.

Günlərin birində İvan Bunin Belveder iqamətgahına gənc ədəbiyyatşünas Leonid Zurovu dəvət etdi. Zurov ilk baxışdan Vera Nikolayevnaya vuruldu. Gənc oğlanın bu evə gediş-gəlişi artdı. Hər cür bəhanə ilə bura gəlirdi ki, Buninin həyat yoldaşını görsün. Guya yazıçıdan hansısa sualın cavabını tapmağa gəldiyini deyir, ya da borc alırdı. İstənilən bəhanə vurulduğu qadını görməyə imkan yaradırdı. Ürəyini açanda isə Vera gülümsədi və dedi ki, "sən mənim oğlum yerindəsən. Sənə kişi-qadın münasibəti kimi baxmıram, baxa da bilmərəm. Gəl-get, ancaq sənə bir oğlum kimi yanaşacağam. Mən Yansız qala bilmərəm". Daha get-gəl olmadı. Bunin ona burda qalmağı təklif etdi.

Beləliklə, Veldemer iqamətgahında 4 nəfər qalmağa başladı. İvan Bunin, Qalina Kuznetsova, Vera Nikolayevna və Leonid Zurov. Həyat öz axarı ilə davam edirdi. İki nəfər - Bunin və Qalina sevgi macərası ilə həyatlarını od-alov içində keçirirdilər. Leonid Zurov da od-alov içində yanırdı. Lakin bu yanmaq cavabsız sevgisinə görə idi. Veranı məcbur etməyə çalışırdı ki, Bunini atıb onunla getsin. Məhəbbətinə cavab verilməyəndə isə öz otağına çəkilib yaradıcılıqla məşğul olurdu. Getdikcə Vera Nikolayevnanın həyatı cəhənnəmə dönürdü. Özünü aldatmağına, təskinlik verməyinə baxmayaraq, sinir sistemi pozulmuşdu. Hər şeyə əsəbiləşir, öz-özünə danışır, sevinməyə heç bir əsas tapmırdı. Hətta əşyaları hara qoyduğunu da unudurdu. Ərini nazik səsli qadına qısqanır, Tanrını bu məhəbbətə son qoymağa çağırırdı. Bu dəfə də Tanrı bir zavallı qadının yalvarışını eşitdi.

İvan Bunin "Nobel" mükafatına layiq görüldü. Bunin, Vera və Qalina mükafatlandırma mərasiminə birgə getdilər. Elə üçü də xoşbəxt halda geri qayıdanda Berlində dayandılar. Bunin qərara aldı ki, filosof və tənqidçi dostu Fyodor Stepuna baş çəksin. Məlum oldu ki, Vera Nikolayevnanın yalvarışları məhz bu evdə öz bəhrəsini verəcəkmiş. Fyodorun Marqa adlı bacısı vardı. Onun söhbəti Qalinanın ürəyində dərin iz buraxdı. Marqa anlatdı ki, "kişilər çox əclafdır, onlara çox da bənd olma". Neçə aydan sonra Marqa Stepun Qrassa qonaq gəldi. Marqa ilə Qalinanın kənara çəkilib söhbətləşmələri uzun müddət davam edirdi. Vera ərinə nəsə eyham vurmağa çalışsa da, Bunin heç nədən şübhələnmədi: "Burda qeyri-adi heç nə yoxdur. Qadınlar bir-biri ilə pıçıldaşmağı sevirlər". Ancaq şübhə öz yerini qaranlıq işlə əvəzlədi. Getdikcə Qalina Bunindən qaçmağa başladı. Yazıçı bundan əsəbiləşirdi. Anladı ki, Vera nahaq yerə eyham vurmayıb: Marqa və Qalina biri-birini sevirmişlər. Bu sevgi hələ Berlindəki həmin evdə yaranıb. İnsan xislətini əzbər bilən Bunin bu dəfə öz hissiyyatını işə sala bilməmişdi. Yalnız Qalina Marqaya qoşulub Berlinə gedəndə yuxudan ayıldı. Bu ayrılığa çox pis oldu. Kabinetinə çəkilib fikrə gedir, bəzən özü ilə danışırdı. Vaxtilə həyat yoldaşı Vera Nikolayevnanın özü ilə danışmasına çox gülmüşdü. Axı necə ola bilərdi ki, bir qadını iqamətgaha gətirib sevəsən, hər cür şərait yaradasan, həyat yoldaşının gözü qarşısında min oyundan çıxasan, o da səni atıb bir qadına qoşulub getsin. Doğrudanmı, bir qadın bu qədər axmaq ola bilər? Görünür ola bilərmiş.

P.S. Qalina Kuztnetsovanın sonrakı taleyi belə oldu. O, kəskin xarakterli Marqaya 5 il dözdü. Sonra bəzi mühacir yazıçılarla görüşüb sevgi macərası yaşadı. Hamısı onu atdı. Həm pozğun həyat tərzinə, həm də Bunin kimi şəxsiyyətin hissləri ilə oynadığına görə daha kimsə bu qadını yaxına buraxmadı.

P.P.S. İvan Bunin isə ömrünün son illərini kasıblıq içində yaşadı. Vera Nikolayevna bir addım da onun yanından çəkilmədi.

Qızını torpağa verib səhnəyə çıxan Şövkət Ələkbərova "İndi onu səngərdə bəs üşütmürmü qar, külək?" - Günün şeiri "Nə öz qədrini bildi, nə də ona layiq olduğu qiyməti verdilər" - Əlisəmid Kür haqqında
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see270

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see259

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see216

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see209

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see205

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see191

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see187

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see187

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see179

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see166

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see146

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see144

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see143

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see137

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see136

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see135

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri