525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kamil ƏFSƏROĞLUOnu Əlcəzairin Janna Darkı adlandırırdılar, baxmayaraq ki, Milli Müqavimət Cəbhəsinə qoşulub fransız müstəmləkəçiliyinə qarşı döyüşür, mübarizə aparırdı.
Vətənini azad, müstəqil görmək istəyən Cəmiləni fransızlar ölüm cəzasına məhkum edəndə dünya ictimaiyyəti onun müdafiəsinə qalxdı.
Ərəb dünyasının tanınmış yazıçı və şairləri əsərlərində bu mətin və fədakar qızın qəhrəmanlığını vəsf elədilər.
Məşhur Misir kinorejissoru Yusif Şahin Cəmilənin ekran obrazını yaratdı.
1959-cu ildə Birinci Beynəlxalq Moskva Kinofestivalında Yusif Şahinin "Cəmilə" filmi də göstərildi.
Sovet-Fransa əlaqələrinə xələl gəlməsimi istəməyən Kreml məmurları fransızların təkidiylə bu ekran əsərinin müsabiqədənkənar nümayişinə icazə verdilər.
O vaxtlar Cəmiləni ölüm cəzası gözləyirdi. Dünyanın bütün tərəqqipərvər insanları vətənpəvər qızın müdafiəsinə qalxdı.