Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Son illərdə sosial mediada getdikcə daha çox insan öz şəxsi həyatını, qazancını, münasibətlərini və uğurlarını paylaşmaqdan çəkinmir.
Lakin bu şəffaflığın arxasında görünməyən bir təzyiq və nəticələr də var.
Bəzi inanclara görə, həyatdakı imkanları, xüsusən də sevgi və maddi bolluğu açıq şəkildə paylaşmaq, onun “gözə gəlməsi”nə və nəticədə itirilməsinə səbəb ola bilər”.
Bizimyol.info xəbər portalının mövzu ilə bağlı suallarını psixoloq Nura Cəfərzadə cavablandırıb.
Nura Cəfərzadə – Nura xanım, sosial mediada şəxsi həyatımızı paylaşmağın psixoloji təsiri nədir?
- İnsan özünü paylaşmaqla həm əlaqə qurur, həm də təsdiqlənmə ehtiyacını ödəyir. Ancaq bu paylaşımın miqdarına diqqət etmək vacibdir.
Daim öz uğurlarımızı, sevgimizi və ya maddi imkanlarımızı göstərmək, bizdə tədricən xarici təsdiqə bağlılıq yarada bilər.