“Heydər Əliyev 100: Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib AZƏRTAC | Icma.az
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 11 dekabr, AZƏRTAC Dekabrın 11-də Bakı Dövlət Universitetinin (BDU) nəşri olan “Heydər Əliyev – 100: Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən BDU-nun rektoru, kitabın ideya müəllifi Elçin Babayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində dərin iz qoymuş görkəmli lider, müdrik siyasətçi və xalqımızın milli inkişaf yolunun əsas memarı olduğunu vurğulayıb.
Rektor qeyd edib ki, ötən il – Azərbaycanda “Heydər Əliyev İli”ndə BDU-nun kollektivi universitetin dünyaşöhrətli məzunu, Ulu Öndər Heydər Əliyevə həsr olunan silsilə tədbirlər, beynəlxalq konfranslar keçirib, fundamental kitablar nəşr edib.
Bu baxımdan “Heydər Əliyev-100: Biblioqrafik məlumat kitabı” özünün zəngin informasiya tutumu, əhatəliliyi, dolğunluğu ilə böyük əhəmiyyətə malikdir: “Universal xarakterli bu biblioqrafik əsər Ulu Öndər Heydər Əliyevin zəngin irsinin tədqiqi və təbliği üçün qiymətli mənbədir.
Biblioqrafik göstərici ilk dəfə 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin 80 illik yubileyi münasibətilə BDU-nun professoru, Əməkdar elm xadimi Abuzər Xələfov və dosent Solmaz Sadıqova tərəfindən hazırlanıb.Həmin ənənənin davamı olaraq əsər İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti kafedrasının dosenti Solmaz Sadıqova tərəfindən 2023-cü ildə yenidən işlənilib, eyni zamanda, son iki onilliyin nəşrləri əhatə olunmaqla yeni materiallarla zənginləşdirilib”.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) Baş katibi Sultan Raev Ümummilli Liderin təkcə Azərbaycanın deyil, Türk dünyasının böyük oğlu olduğunu vurğulayıb.
O, Heydər Əliyevin TÜRKSOY-un fəaliyyətinə xüsusi qayğı göstərdiyini bildirib.
Tam oxu
Xəbəri oxu