Icma.az
close
up
RU
“Heydər Əliyev 100: Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib AZƏRTAC

“Heydər Əliyev 100: Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Bakı Dövlət Universitetinin (BDU) nəşri olan “Heydər Əliyev – 100: Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən BDU-nun rektoru, kitabın ideya müəllifi Elçin Babayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində dərin iz qoymuş görkəmli lider, müdrik siyasətçi və xalqımızın milli inkişaf yolunun əsas memarı olduğunu vurğulayıb.

Rektor qeyd edib ki, ötən il – Azərbaycanda “Heydər Əliyev İli”ndə BDU-nun kollektivi universitetin dünyaşöhrətli məzunu, Ulu Öndər Heydər Əliyevə həsr olunan silsilə tədbirlər, beynəlxalq konfranslar keçirib, fundamental kitablar nəşr edib. Bu baxımdan “Heydər Əliyev-100: Biblioqrafik məlumat kitabı” özünün zəngin informasiya tutumu, əhatəliliyi, dolğunluğu ilə böyük əhəmiyyətə malikdir: “Universal xarakterli bu biblioqrafik əsər Ulu Öndər Heydər Əliyevin zəngin irsinin tədqiqi və təbliği üçün qiymətli mənbədir. Biblioqrafik göstərici ilk dəfə 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin 80 illik yubileyi münasibətilə BDU-nun professoru, Əməkdar elm xadimi Abuzər Xələfov və dosent Solmaz Sadıqova tərəfindən hazırlanıb.

Həmin ənənənin davamı olaraq əsər İnformasiya və sənəd menecmenti fakültəsinin Sənəd menecmenti kafedrasının dosenti Solmaz Sadıqova tərəfindən 2023-cü ildə yenidən işlənilib, eyni zamanda, son iki onilliyin nəşrləri əhatə olunmaqla yeni materiallarla zənginləşdirilib”.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) Baş katibi Sultan Raev Ümummilli Liderin təkcə Azərbaycanın deyil, Türk dünyasının böyük oğlu olduğunu vurğulayıb. O, Heydər Əliyevin TÜRKSOY-un fəaliyyətinə xüsusi qayğı göstərdiyini bildirib.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycanın TÜRKSOY-da daimi nümayəndəsi Elçin Qafarlı, Qazaxıstan Milli Kitabxanasının direktoru Bakıtjamal Ospanova, Qazaxıstan Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqaliyeva, Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva, Qırğızıstan Milli Kitabxanasının direktoru Aynura Askarova çıxışlarında kitabın Ulu Öndərin zəngin həyat və fəaliyyətinin öyrənilməsində qiymətli mənbə olduğunu qeyd ediblər.

Kitabın tərtibçisi dosent Solmaz Sadıqova bildirib ki, nəşrdə 1433 adda mənbənin biblioqrafik təsviri təqdim olunur. Kitab 4 hissədən ibarətdir. Birinci hissə “Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti” adlanır. Burada Ulu Öndərin həyat və fəaliyyətinin salnaməsi xronoloji ardıcıllıqla verilir. Məlumat kitabının “Ümummilli Lider Heydər Əliyevin kitab şəklində çap edilmiş əsərləri (1969-1990-cı illər” adlı ikinci hissəsi üç yarımbölmədən ibarət olmaqla 1970-2013-cü illəri əhatə edir. Kitabın “Ümummilli Lider Heydər Əliyev haqqında ədəbiyyat” adlı üçüncü hissəsində materiallar 1980-2023-cü illəri əhatə etməklə səkkiz yarımbölmədə təqdim olunur. “Yardımçı göstəricilər” adlı dördüncü hissədə Ulu Öndər Heydər Əliyevin əsərlərinin və Ümummilli Lider haqqında yazan müəlliflərin əlifba göstəriciləri verilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri