Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür. Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub.
O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb.
Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.Bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Demokrat.az-a açıqlama verib.O qeyd edib ki, son 30 ildə 8-10 may tarixi günlərindən keçən xalqımız faciə, qəhrəmanlıq və qürur hissini bir arada yaşayıb:“Şuşanın işğalı, ikinci dünya müharibəsində qalibiyyətimizə və ulu öndərin əzəməti bu tarilərdə birləşirdi.
Vətən müharibəsi siyasi təqvimimizi də qara haşiyədən xilas etdi.
İndi 8 may günündə ümumxalq tədbirləri 8 noyabr ruhu, şərəfi və qüruru ilə qeyd olunur.
90-cı illərdə SSRİ-nin süqutu ilə azadlığına qovuşan xalqların qarşısında fərqli idarəçilik formaları və quruluşları vardı.